Almeyda: "Bəzi məsələlər var ki, onlar həllini tapmalıdır" - MÜSAHİBƏ

01.03.2017 | 4287 dəfə oxunub

"Qarabağ"ın futbolçusu Riçard Almeyda Azərbaycan Premyer Liqasının 20-ci turunda Bakı "İnter"inə 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- “İnter”ə məğlub oldunuz və turnir cədvəlində liderliyə yüksəlmək şansını əldən verdiniz.

- Bu futboldur və istənilən nəticəyə hazır olmalısan.

- Komandanız zəif oynamasının səbəbi nə idi?

- Zəif oynamaqla bağlı fikirlərinizə hörmətlə yanaşıram. Amma düşünmürəm, zəif oynadıq, sadəcə qol vəziyyətlərindən yararlana bilmədik.

- Millimizdə oynamağa razılıq vemisən. AFFA-nın baş katibi Elxan Məmmədovla görüşdə nələri müzakirə etdiniz?

- Bəzi hüquqi sənədlər var idi ki, onları imzalamalı idim. Həmin sənədlərə imza çəkdikdən sonra baş katib Elxan Məmmədovla görüşümüz oldu. Ümumi məsələlərdən danışdıq, xüsusi nəsə olmadı. Milli komandaya dəvət almaqdan məmnuniyyət duyduğumu bildirdim.
 
- Milli komandada debütün nə vaxt olacaq?

- Mən komanda yoldaşlarıma kömək etməyi fikirləşirəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. Tam olaraq nə vaxt milliyə dəvət alacağımı bilmirəm.Çünki bəzi məsələlər var ki, onlar həllini tapmalıdır. Hazırda yalnız “Qarabağ”ın oyunlarını düşünürəm.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail