Zaur Svanadze: "İnter"də heç bir problem yoxdur"

28.02.2017 | 4680 dəfə oxunub

Bu gün Azərbaycan Premyer Liqasının 20-ci turunun oyununda “İnter” səfərdə “Qarabağ”ə 1:0 hesabıyla qalib gəldi. Stadium.Az xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Zaur Svanadze mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Əvvəlcə cəbhədə həlak olan Azərbaycan əsgərlərinə görə xalqımıza başsağlığı vermək istəyirəm. Oyunda yaxşı hücumlar qurduq. Müdafiədə səhvsiz oynadıq və lazımlı qələbə qazandıq. Çox savadlı, taktiki və texniki futbol göstərdilər. İndi bizi daha çətin oyun gözləyir, öz  meydanımızda.

- Mətbuatda xəbər çıxmışdı ki, maaşlar gecikir deyə, futbolçular “Qarabağ”a qarşı oynamaya bilər. Amma bu gün komandanız “Qarabağ”a qalib gəldi...

- Heç bir problem yoxdur. Bular əsası olmayan xəbərlərdir. Heç bir şey baş vermədi. Biz öz oynumuzu oynadıq və qələbə qazandıq. İndi “İnter”in heç bir problemi yoxdu.

- Sizin “Qarabağ”la oyunlarınızda əsas məsələ psixoloji hazırlıqdı, yoxsa baş məşqçilərin taktiki savaşı? “Qarabağ”ı büdrətmək reseptini deyə bilərsiz?

- Biz bunu özümüz üçün saxlayırıq.

- Skarlatake dedi ki, Rəmiş Malıyev maaşların “Qəbələ”ylə oyuna kimi veriləcəyini bildirib, siz isə 13-nə kimi...

- Bizə 28-nə demişdilər. İndi isə 10-na kimi deyiblər. Mən buna inanıram. Alınmasa sizdə biləcəksiz.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail