"Çelsi" və "Mançester Siti" Bonucciyə göz dikib

23.02.2017 | 3446 dəfə oxunub

İngiltərənin "Çelsi" və "Mançester Siti" klubları "Yuventus"un müdafiəçisi Leonardo Bonuççinin xidmətində maraqlıdır. Stadium.Az xəbər verir ki, komandalar yayda futbolçunu transfer etmək üçün Turin klubuna təkliflər irəli sürmək niyyətindədir.

Məlumata görə, ötən yayda bir neçə klub futbolçunu heyətinə cəlb etmək istəsə də, Bonuççi "Yuventus"u tərk etmək istəməyib.

"The İndependent" nəşrinin yaydığı məlumata görə, bir neçə gün öncə 29 yaşlı futbolçu ilə baş məşqçi Massimiliano Alleqri arasında mübahisə olub. Bu səbəbdən Bonuççi Çempionlar Liqasının 1/8 final mərhələsində "Portu"ya qarşı matçın iştirak ərizəsində yer almayıb.

Nəşrin məlumatına görə, Bonuççinin transfer məbləği müdafiəçilər arasında rekord olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail