Prosineçki Naizami Hacıyevi millidən "sildi": Millidə 2 yeni futbolçu olacaq

22.02.2017 | 4080 dəfə oxunub

Milli komandamız 2018-ci il dünya çempionatının seçmə mərhələsinə hazırlıq çərçivəsində Qətər yığması ilə yoldaşlıq oyununa 2 yeni futbolçu dəvət ediləcək.

Stadium.Az xəbər verir ki, bunu millimizin baş məşqçisi Robert Prosineçki CBC Sport-a açıqlamasında milliyə 2 yeni futbolçunun çağırılacağını deyib:

"Qətərlə oyun üçün təxminən 25 futbolçuya dəvət göndərmək niyyətindəyəm. Onlar yalnız ölkə çempionatında oynayanlar olacaq. Yoldaşlıq görüşü olduğundan, legionerləri çağırmayacağam, həm də çıxış etdiyi klublar onları çətin buraxsın. Məsələn, Ramil Şeydayevə dəvət göndərsəm, o, yeni klubunda 4 gün məşq prosesini buraxacaq və heyətə düşmə şansları azalacaq. Bu sözlər Dəniz Yılmaz, Eddi İsrafilov, Dmitri Nazarova da aiddir. Amma dəvət göndərəcəklərim arasında 2 yeni futbolçu olacaq. Hansı ki, onları heç vaxt millidə görməmisiniz”.

Nizami Hacıyev, Cavid Hüseynov, Amit Quluzadənin yığmaya çağrılıb-çağrılmayacağı müzakirə olunur. Bu haqda xorvatiyalı mütəxəssisin fikri belə olub:

"Uzun müddət idi ki, Cavid Hüseynov milliyə çağrılmırdı. Amma mən gələndən sonra onun yenidən yığmada oynamaq şansı yarandı. Hazırda Cavidi izləyirəm. Qətərə aparacağım isə hələ sual altındadır. İndi Yunanıstan çempionatında çıxış edən Amit Quluzadəni hələ “Sumqayıt”da oynayanda izləyirdim. Amma onun oyun təcrübəsi azdır. Rauf Əliyevin zədəsi təzə sağaldığından, dəqiq fikir söyləyə bilmərəm. O ki qaldı Nizami Hacıyevə, yaxşı futbolçu olsa da, mənim futbol fəlsəfəmə uyğun deyil”.

Milli komandamızın qapıçısı Kamran Ağayevin çıxış etdiyi “Boavişta”da əsas heyətə düşə bilməməsi ciddi müzakirə mövzusudur. Bu məsələdə Robert Prosineçki nə düşünür?

"Kamran Ağayev Azərbaycanın ən güclü qapıçısıdır - bir nömrədir. Oyun təcrübəsi əlbəttə ki, məni qane etmir. Özü də bu yalnız Kamrana aid deyil, legionerlərimiz axır vaxtlar az oynayırlar. Bu isə milli üçün böyük problemdir. “Sumqayıt”ın qapıçısı Fərhad Vəliyevə gəldikdə, çox təcrübəlidir. Amma mən gənc qapıçıya üstünlük verəcəyəm. Çünki mən 2018-ci ilin dünya və 2020-ci il Avropa çempionatlarını, yəni millinin gələcəyini düşünürəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail