UEFA Əliyar Ağayevə güvənmədi

20.02.2017 | 3574 dəfə oxunub

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunlarından heç birinə təyinat almayacaq. Stadium.Az xəbər verir ki, bu barədə "Report"a AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Ağayevin qitəmiqyaslı klub turnirinin 1/8 final mərhələsinə təyinat alması mümkünüdür: "Əliyar üçün Avropa Liqasının 1/16 final mərhələsi oyunlarına təyinat gəlmədi. Lakin növbəti mərhələyə dəvət olacağını istisna etmirəm. Düzdür, yarış sona yaxınlaşdıqca onun təyinat alma şansı bir o qədər azalır. Ancaq hər şey mümkündür. Məsələn, ola bilər ki, ilk görüşlərdən birində böyük hesablı qələbə qeydə alınsın və cavab matçı formallığa çevrilsin. Belə olan halda ona dəvət gəlməsi ehtimalı daha çoxdur".

Komitə sədri bildirib ki, cari mövsümdə Avropa Liqasının qrup mərhələsinin "Roma" - "Astra", "Konyaspor" - "Braqa" və "Şalke" - "Nitsa" qarşılaşmalarını idarə edən azərbaycanlı FİFA referisinin həlledici matçlara təyinat alması real görünmür: "Onun 1/4 və yarımfinal mərhələlərinə, elcə də final görüşünə təyinat alması çətin məsələdir. Bu, inandırıcı deyil. Ağayevin DÇ-2018-in seçmə mərhələsinin növbəti turunun oyunlarından birinə baş hakim qismində təyinat alma şansı daha böyükdür".

DÇ-2018-in seçmə mərhələsinin növbəti - V turunun oyunları 24 - 26 martda keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail