Fərhad Vəliyev üçün əlamətdar tur

20.02.2017 | 4357 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XIX turu “Sumqayıt”ın qapıçısı Fərhad Vəliyev üçün yubileylə əlamətdar olub. Stadium.Az xəbər verir ki, 37 yaşlı qolkiper Azərbaycan çempionatında 250-ci oyununu keçirib.

AZAL üzərində 1:0 hesablı qələbə zamanı qapısını toxunulmaz saxlayan Vəliyev əlcək sahibi kimi meydana çıxdığı 249 matçda 249 top buraxıb. Orta hesabla hər görüşdə 1 qola üzülən Fərhad 1998/99 mövsümündə 1 matçı sahə oyunçusu kimi keçirib.

Ümumilikdə isə 250-ci qarşılaşmaya çıxan qolkiper bu həddə çatan 52-ci futbolçu olub. Vəliyev ən çox oyun keçirən qapıçılar arasında isə üçüncüdür. O, yalnız Rauf Mehdiyevlə Cahangir Həsənzadədən geri qalır.

Ölkə çempionatında 1997/98 mövsümündə “Şəfa”nın (U-18 adlandığı vaxt) heyətində debüt edən qapıçı 20 il ərzində “Xəzər” (“Sumqayıt” və “Kimyaçı” adlandığı vaxt), Quba “Şahdağ”ı, “Viləş”, “Neftçi”, “Gənclərbirliyi”, “İnter”, “Qarabağ” və indiki klubu “Sumqayıt”da forma geyinib.

mövsüm

komanda

oyun

Buraxılan qol

1997/98

U-18

7

-16

1997/98

Sumqayıt

1

0

1998/99

Kimyaçı (Sumqayıt)

10

-30

1999/2000

Kimyaçı (Sumqayıt)

14

-22

2000/01

Şahdağ (Quba)

4

-12

2000/01

Viləş (Masallı)

4

-4

2003/04

Neftçi (Bakı)

1

0

2004/05

Gənclərbirliyi (Sumqayıt)

14

-23

2005/06

İnter (Bakı)

19

-9

2006/07

İnter (Bakı)

22

-11

2007/08

Qarabağ (Ağdam)

24

-13

2008/09

Qarabağ (Ağdam)

23

-18

2009/10

Qarabağ (Ağdam)

29

-24

2010/11

Qarabağ (Ağdam)

21

-16

2011/12

Qarabağ (Ağdam)

4

-7

2012/13

Qarabağ (Ağdam)

17

-10

2013/14

Qarabağ (Ağdam)

12

-7

2014/15

Qarabağ (Ağdam)

3

-2,1

2015/16

Qarabağ (Ağdam)

2

-2

2016/17

Sumqayıt

19

-23

 

Cəmi

250

249




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail