Portuqaliya çempionatında 22-ci turun oyunları keçirilir. Stadium.Az xəbər verir ki, bu turda milli komandamızın üzvləri Kamran Ağayev və Emin Mahmudovun formasını geydikləri “Boavista” səfərdə “Feirense”nin qonağı olub.
Kamranın və Eminin adı matçın protokoluna daxil edilməyib. Həmyerlilərimizin yoxluğunda Porto təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
Bu qələbə sayəsində xallarını 29-a yüksəldən “Boavista” turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.