Rəşad Sadıqov: "Heç kim məndən inciməsin"

17.02.2017 | 4892 dəfə oxunub

“Mən hər zaman yerli hakimləri də, həkimləri də, məşqçiləri də dəstəkləmişəm. Ancaq bəzən elə vəziyyət yaranır ki, təzyiqlərə tab gətirmək olmur”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov deyib.

“CBC Sport” kanalında yayımlanan “3-cü hissə” verilişinə qonaq olan milli komandamızın kapitanı artıq bəzi prinsipial oyunlarda əcnəbi hakimlərə ehtiyac olduğunu qeyd edib:

“Heç kim məndən inciməsin, ancaq artıq bəzi matçlarda əcnəbi hakimlərin idarə etməsinə ehtiyac var. Bu il bir daha bu fikrimdə əmin oldum. Çünki haqsız yerə cəzalar, itkilər çox olur. Şəxsi fikrimdi, çox istərdim ki, prinsipial oyunlara xaricdən ədalət təmsilçiləri dəvət edilsin. Ajiotajın böyük olduğu mərkəzi oyunlardı, kubokun final oyunlarıdı ki, onların öhdəsindən gəlmək yerli hakimlər üçün çətin olur”.

Təcrübəli oyunçu istəyini belə izah edib: “Onlar da təzyiqə məruz qalırlar. Üstəlik yaxşı hakimlərin qıtlığı da müşahidə olunur. Cəmi 6-7 nəfər yaxşı referi var ki, onların da yorulmağı, şəxsi problemləri olur ki, bu zaman ciddi qüsurlar yaranır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail