"Rəhbərlik “get” desə, gedəcəm" - Şahin Diniyev

12.02.2017 | 4335 dəfə oxunub

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 18-ci turunda “Qarabağ”a məğlubiyyətdən (0:1) sonra mətbuat konfransı keçirib. O bildirib ki, bu gün meydanda bir-birinə güzəştə getməyən iki komanda olub:

- Sadəcə, bir epizodda ustalıq öz sözünü dedi. Mənə elə gəlir ki, heç-heçə ədalətli nəticə olardı. İrəli baxmaq lazımdır. Əsas odur ki, baxımlı oyun var. Komandamın psixoloji durumdan çıxmasını istədim. Mənə elə gəlir ki, bu, bizdə alındı. Rəqibi də qələbə münasibəti ilə təbrik edirəm.

- Davud Kərimi uzun fasilədən sonra start heyətdə yer aldı. Oyunundan razı qaldınızmı?

- Ümidləri doğrultdu. Tadas Simaitisdə psixoloji təzyiq var. Kərimi də heç bir səhvə yol vermədi. Ancaq onu da deyim ki, Tadasın da üstündən xətt çəkməmişik. Bizə iki böyük köməyi dəyib.

- Sizin istefanızı tələb edən azarkeşlər də var. Sizcə, komandadan getsəniz, başqası gəlib uğur qazana bilər?

- Mən özüm-özüm haqda bəy tərifi desəm, düz çıxmaz. Hər azarkeş özünə görə haqlıdır. Futbolçularımızın nəyə qadir olduğunu özüm bilirəm. Getmək çox asandı. Amma qalıb mübarizə aparmaq lazımdı. Onu da deyim ki, mən kreslodan bərk yapışmamışam. Rəhbərlik “get” desə, gedəcəm. “Qarabağ” kimi komandaya qarşı belə oynadıqsa, deməli, növbəti oyunlaarda uğur qazana bilərik.

- Növbəti turda "Neftçi" ilə qarşılaşacaqsınız...

- "Neftçi" ilə oyunda daha yaxşı oynayacağımıza inanıram. Baxmayaraq ki, "Neftçi" indi çox güclənib. Hər birimizin qələbə qazanmaq şansı var.

- İlk hissənin ortalarında azarkeşlə qısa dialoqunuz oldu. Nədən danışırdınız?

- Dedi ki, filankəsi əvəzlə. Mən də dedim ki, səni meydana buraxım, yoxsa özümü? Vallah, bizim azarkeşlər möhtəşəmdi. Onlar ancaq uğura öyrəşiblər. Bəzi məqamalar var ki, bu gün uğur qazana bilirik. Bayaq da azarkeşlər gəlib bizimlə görüşdü. Onlara öz təşəkkürümü bildirirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail