"Ramil Rusiyadan getməyinə peşman olub"

04.02.2017 | 4120 dəfə oxunub

"Zenit"in gənclər komandasının baş məşqçisi Boris Rapoport klubun yetirməsi olan, hazırda "Trabzonspor"da çıxış edən millimizin üzvü Ramil Şeydayev haqda fikirlərini bildirib.

Stadium.Az xəbər verir ki, mütəxəssis futbolçumuzun Rusiyanın "Arsenal" klubuna mümkün keçidi barədə də danışıbb:

"İndi Ramil Şeydayev Türkiyədə legioner həyatı yaşayır. Bu, Rusiyaya qayıdacağı halda artıq ona mənfi təsir göstərəcək. O, "Trabzonspor"u seçməklə, demək olar ki, 1 il itirdi. Bu da az oynamağı ilə bağlıdır. Ramilin hansı vəziyyətdə olduğu məlum deyil. Ancaq onun potensialı yüksək səviyyədə oynamağa imkan verir. Buna görə Şeydayev Tula "Arsenal"ına kömək edə biləcək.  O, bu komandaya lazımdır".

B.Rapoport R.Şeydayevin vətəndaşlığını dəyişərək Rusiyadan getməyə peşman olub-olmadığı ilə bağlı sualı belə cavablandırıb:

"Əgər bu, belə olsa belə, o, bunu heç vaxt etiraf etməyəcək. Mənə elə gəlir ki, Ramil Rusiyadan getməyinə peşman olub. Hərçənd, dünyada hər şey dəyişir. Pul ön plana, futbol isə ikinci plana keçir. Şeydayev 3 ildə "Zenit"də çox inkişaf etdi. İndi gənc futbolçulara yüksək maaşlı müqavilə təklif etməklə çox tələsirlər. Mənə elə gəlir ki, əsas komandaya düşəcəyi halda pullar vermək lazımdır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail