Elxan Abdullayev: "Bunu hamı görür, mən danışmaq istəmirəm"

04.02.2017 | 5006 dəfə oxunub

"Komandamdan razı qaldım. Uşaqlar yaxşı oyun göstərdilər. Komandamızda inkişaf var. Yeni hücumçumuz gəlib. Yeni futbolçulara komandaya tam uyğunlaşmaqları üçün bir qədər vaxt lazımdır".

Stadium.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Premyer Liqanın 16-cı turunda "Qəbələ" ilə oyundan (0:1) sonra deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.

 
- Buraxdığınız qolda hakim səhvi var idi...

- Bunu hamı görür, mən danışmaq istəmirəm. Çünki bununla məşğul olmaq mənim işim deyil. Mən öz komandamla məşğulam. Göydə Allah var, hər şeyi görür. 
 
- “Neftçi” qış fasiləsindən sonra güclənib. Hücum xəttinə aldığınız oyunçular komandaya xeyir verəcəkmi?

- Bu gün hər ikisi ilk oyununa çıxmışdı. Komanda yoldaşlarını yaxşı tanımırlar. Deməli, öz oyunlarını tam göstərə bilməzlər. İnanıram ki, 3 turdan sonra bizim azarkeşləri qollarla sevindirəcəklər. 
 
- Köməkçinizin texniki zonadan kənarlaşdırılması nə ilə bağlı idi?

- Oyunda biri emosiyasını saxlaya bilir, digəri yox. Yaxşı olardı ki, belə hallar yaşanmasın. Biz bütün diqqətimizi oyuna yönəltməliyik. Bu barədə çox danışmaq istəmirəm. İntizam Komitəsinin iclası olacaq, orda bu məsələyə aydınlıq gətiriləcək. Biri nəsə söz dedi, o biri də ona cavab qaytardı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail