Xaqani Məmmədov “Qarabağ”ı necə gözdən salır?

04.02.2017 | 6200 dəfə oxunub

Az qala hər tur Azərbaycan Premyer Liqasında hakimliklə bağlı çox kobud, nəticəyə təsir edən, azarkeşlərin əsəblərini tarıma çəkən səhvlər olur. Hakimlərin səriştəsizliyi (bir çoxunun), işinə məsuliyyətsiz yanaşmasının nəticəsidir ki, bu gün hətta “Qarabağ” kimi son illər futbolumuzun liderinin belə uğurlarına kölgə salmağa cəhdlər edilir. Amma bu zaman kimisə qınamalı da deyil. Səhvi edən, səhvin başında dayananlar qalıb bir kənarda, hədəfə bir çox halda öz işi ilə çoxlarına nümunə olacaq klub gəlir...

Hakim səhvləri bu gün başlanan 16-cı turunun hər iki oyununda da təkrarlandı. Əvvəlcə AZAL – “Qarabağ” matçında hakim Orxan Məmmədov (Xaqani Məmmədovun uğursuz kadrlarından biridi, daha çox səhvləri ilə gündəmə gəlib) meydan sahiblərinin futbolçusu Sadio Tounkaraya ciddi bir lüzum olmadan ikinci sarı vərəqəni göstərib meydandan qovur. Bu vaxta qədər 1:0 hesabı ilə uduzan komanda azlıqda qalır və Ağdam klubu onsuz da özündən qat-qat zəif olan komandaya 2 top vurub qələbə qazanır.

Amma hədəfə daha çox kim gəlir? Hakimlər? Yox. “Qarabağ”! Xaqani Məmmədovun bütün hakimlik adına xələl gətirən zay komandasının (Əliyar Ağayev bu siyahıya aid deyil) bərbad idarəçiliyi ucbatından Qurban Qurbanovun, onun futbolçularının, “Qarabağ”ın rəhbərliyinin Azərbaycan futbolu adına etdikləri fədakarlıqlarının üstündən bir göz qırpımında xətt çəkilir.

Amma hər səhvdən sonra həmin Xaqani Məmmədov deyir: “Hakim də insandı, səhv də bilər”. Tamam gözəl insan, başa düşdük, amma səhvin də bir çərçivəsi, limiti var, axı. Rəhbərlik etdiyiniz komitəyə ikinci dəfə gəldiyiniz son 8, ya 9 ildə elə tur yoxdu ki, biabırçı səhvlər olmasın... Bəli, hamıda səhv var, Xaqani Məmmədov! Və yaxşı olar ki, bir gün özünüzdə də səhv axtarın, harda səriştəsizlik və qərəzilik edirsiniz, onu da araşdırın...

Ümumiyyətlə, bu səhvlər dalbalal qəsdənmi, son illər Azərbaycanda yüksək reytinq qazanan, xalqın komandasına çevrilən “Qarabağ”ı ictimaiyyətin gözündən salmaq üçünmü edilir? Axı heç kimə sirr deyil ki, hazırda “Qarabağ” Azərbaycanda istənilən komandadan həm maddi, həm də elə oyununa görə güclüdür. Yəni Avropada bir çox tanınmış kluba qalib gələn, dalbadal üç il Avropa Liqasının qrupunda oynayan komanda yəni elə günəmi düşüb ki, özündən qat-qat zəif AZAL-dan və ya bir başqasından hakimin gücüylə xal alsın? Tamam “Qarabağ”ın oyununda bu səhvlər olub, özü də bəzi hallarda ciddi səhvlər. Amma axı futboldan az-maz başı çıxan məktəbliyə də gün kimi aydındı ki, “Qarabağ”ın hakimin köməyi ilə qələbəsinə ehtiyac yoxdu. Onda bəlkə cavab verəsiniz Xaqani Məmmədov, bu ciddi hakim səhvləri son turlar dalbadal nə üçün və kimin üçün edilir? Və ən əsası bu sifariş hardan gəlir?

… Və bu yerdə gələk “Qəbələ”yə. Bu komanda da hakimlərin səhvi, qərəzi ilə az üzləşməyib. Bununla belə, sınmayıblar, “Qarabağ” qədər elə Azərbaycan futbolu üçün böyük fədakarlıqlar ediblər. Təsadüfi deyil ki, məhz bu iki klub işlərindəki təmizliyinə görə başqalarına nümunə olublar, bir-biriylə daim gözəl münasibətdə olublar. Hətta “Qəbələ”nin prezidenti Tale Heydərov özü jurnalistlərə müsahibəsində avrokubok oyunları zamanı “Qarabağ”a azarkeşlik etdiyini bildirib. Bizdə olan xəbərə görə, T.Heydərov Bakıda “Qarabağ”ın bəzi avrokubok oyunlarını şəxsən özü stadiondan izləyib. Amma görün, hakimlikdəki səhvlər hansı səviyyəyə gəlib çatıb ki, artıq “Qəbələ” də “Qarabağ”ın gücünə, halal uğurlarına şübhə etməyə başlayıb.

Həqiqətən təəssüf doğuran mənzərədir...

Və bu gün ciddi səhv (birbaşa nəticəyə təsir edən!) “Qəbələ” – “Neftçi” oyununda da baş verdi. “Qəbələ” 77-ci dəqiqədə fərqləndi və videotəkrar sübut etdi ki, qələbə qolu ofsayddan vurulub. Amma məgər bu, hakimlərin “Qəbələ”yə işləməsi deməkdirmi? Əlbəttə, yox...

Demək, bir daha sübut olundu ki, problem  “Qarabağ”da, “Qəbələ”də, bugün haqqı tapdanan “Neftçi”də yox, birbaşa hakimlikdə, ona rəhbərlik edən Xaqani Məmmədovdadı, onun yetişdirdiyi bir çox yarıtmaz kadrdadı..

Normalda belə adamlar Hakimlər Komitəsinə rəhbərlik etməməlidir. Amma bu, normal halda və normal futbol ölkələrində olur...

Bizsə hələ normal futbol ölkəsi deyilik. Normal idarəçilik yoxdu. Və nə yazıq ki, bu anormal vəziyyət normal adamların, klubların başında çatlayır..

Elnur ELGÜN (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail