"Bununla bağlı heç nə danışmaq istəmirəm"

04.02.2017 | 4402 dəfə oxunub

"Gözlənildiyi kimi oyun çətin keçdi. "Neftçi" qışda heyətini bir neçə futbolçu ilə gücləndirib. Artıq komandada müsbət ab-hava var. Qələbə qazandığımıza görə sevincliyik".

Stadium.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Premyer Liqanın 16-cı turunda "Neftçi" ilə oyundan (1:0) sonra deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.

- Hiss olunur ki, komandanın hücum xəttində yenə problem var. Daha bir hücumçu transfer edəcəksiniz?

- Yox. Hər il komandalarda bu problem olur. İstənilən komanda qış fasiləsindən sonra 1-2 həftə özünə gələ bilmir. Düşünürəm ki, komandamız yaxın vaxtlarda özünə gələcək. Heyətdə kifayət qədər keyfiyyətli hücumçularımız var. Mənə elə gəlir ki, oyundan-oyuna hər şey öz yerini tutacaq. 
 
- Daniel Subotiç qayıdışını qolla qeyd etdi. Bu barədə nə deyə bilərsiniz?

- Bu bizi sevindirir. Subotiç bizdə oynayıb, potensialına bələdik və məşqçimiz də onu tanıyır. O, çox istəkli, əzmkar oyunçudur. İnanıram ki, komandanın uğurlarında böyük əməyi olacaq. 
 
- “Qəbələ”nin vurduğu qolda oyundankənar vəziyyət olduğu görünür...


- Epizodun təkrarına baxmaq lazımdır. Eşitdim ki, oyundankənar vəziyyət var, amma baxmaq lazımdır. 
 
- Ümumiyyətlə, hakim səhvləri çoxalıb...


- Bu barədə danışmaq istəmirəm. Çünki bu barədə dəfələrlə danışdıq, heç bir ölçü götürülmədi. 
 
- Ən çox da "Qəbələ" hakimlikdən narazıdır...


- Biz narazı olduğumuz epizodları bildirdik, faktlarla hər şeyi ortaya qoyduq. Bunlara qiymət vermək, azarkeşlərə, jurnalistlərə qalsın. Bununla bağlı heç nə danışmaq istəmirəm. 
 
- Son 1 həftədə "Qəbələ" və "Qarabağ" komandaları arasında "soyuq müharibə" gedir...

- Vallah, hansı müharibədən söhbət getdiyini bilmirəm. Azarkeşlər və fan-klublar arasında "soyuq müharibə" olar bilər. 
 
- Hətta klub rəsmiləri də bu barədə danışırlar...

- Yox. "Qarabağ" bizim narazılıqlarımızı öz üzərinə götürməsin. Mən "Qarabağ"ın rəhbərliyinə, baş məşqçisinə və bütün futbolçularına inanıram. Bilirəm ki, onlar həmişə düzgün mübarizə aparırlar və axıra qədər də aparacaqlar. Bizim narazılığımız hakimlərədi. Dediyimiz sözlərin hamısı hakimlərə və onları idarə edən qurumlaradı. Birbaşa onlara etirazımızı bildiririk.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail