Atası: "Oğlum Ozancan Kökcü Azərbaycan millisindən imtina etməyib"

01.02.2017 | 6879 dəfə oxunub

“Ozancan heç bir sayta və ya mətbu orqana Azərbaycan millisindən imtina etdiyi barədə açıqlama verməyib. Bu yanlışlığın hardan qaynaqlandığını bilirəm”.

Stadium.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının yarımmüdafiəçisi Ozancan Kökcünün atası Halis Kökcü deyib.

İngiltərə mətbuatı “Feyenoord”un futbolçusu Ozancan Kökcünün millimizdən imtina etməsi barədə xəbər yayıb. Məlumatda 18 yaşlı oyunçunun legioner həyatı yaşamaq üçün Hollandiya yığmasını seçdiyi vurğulanıb.

Ancaq bunu təkzib edən futbolçunun atası yayılan xəbərlərin kökündən yanlış olduğunu söyləyib. Halis Kökcü mətbuatın Ozancanla kiçik qardaşı Orkunu səhv saldığını bildirib:

“Kiçik oğlum Orkun Hollandiyanın U-17 yığmasının təlim-məşq toplanışına dəvət edilib. Bu komanda portuqaliyalı həmyaşıdları ilə qarşılaşacaq. O da “Feyenoord”un yetirməsidi. Bu üzdən mətbuat onları səhv salıb. Ümumiyyətlə, bu cür anlaşılmazlıq tez-tez baş verir. Ozancan Azərbaycanı seçib, fikrini də dəyişməyi düşünmür”.

Ata Kökcü əlavə edib ki, son günlər mətbuatda Ozancanın Azərbaycan millisini seçməsi üçün küllü miqdarda pul aldığı ilə bağlı yayılan xəbərləri də təkzib edib: “Belə bir şey yoxdu. Biz heç kimlə müqavilə imzalamamışıq və Azərbaycan yığmasını hansısa maliyyə qarşılığında seçməmişik. Azərbaycan da türk dövlətidi, hər iki ölkənin insanları eyni kökə malikdi”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail