Maşallah Əhmədov azadlıqdan məhrum edildi

30.01.2017 | 4155 dəfə oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Stadium.Az xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə hökm elan olunub.

Hökmə əsasən, M. Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

***

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə Maşallah Əhmədov son söz deyib.

O bildirib ki, zərərçəkmiş Yusif Əzizovla 2014-cü ildə İran İslam Respublikasından daş gətirib: "İş ortaqlığımız vardı. Ancaq sözümüz düz gəlmədiyi üçün ayrıldıq. Mən ona dəymiş ziyana görə 3 sot torpaq sahəsi vermişəm, daşları qaytarmışam. Ancaq o özü, mənə şər atır. Bəzi adamları başına yığıb, məni şantaj etməklə məşğuldu. Yusif Əzizovun məndən nə istədiyini bilmirəm. Mən ona 11 min manat pul və iki "KamAZ" daş qaytarmışam. Ancaq bu adam məndən yenə pul istəyir. 128 min manat tələb edir. Hansı haqla? Mən ona yalnız 25 min manat kompensasiya verə bilərəm. Ötən dəfə 45 min manat borc alıb, gətirib verirəm, götürmür. Mən hesab edirəm ki, mənim həbsim kimlərinsə marağına xidmət edir".

M. Əhmədov zərərçəkmişə 30 min manat və üstündə mənzil verməyi təklif edib. 

Zərərçəkmiş Y. Əzizov isə bununla razılaşmayıb.

Hakimlər hökm oxumaq üçün müşavirəyə gedib.

Müşavirədən sonra hökm oxunacaq. 

Xatırladaq ki, dövlət ittihamçısı M. Əhmədovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

M. Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 178 min manat dəyərin xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib. (apa)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail