“Ona heç bir hörmətsizlik etməmişəm” - Qurban Qurbanov

29.01.2017 | 5376 dəfə oxunub

“Qarabağ” Azərbaycan Premyer Liqasının 15-ci turunun oyununda doğma meydanda “Neftçi”ylə 1:1 hesablı heç-heçə etdi. Stadium.Az xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- “Neftçi” çox yaxşı oyun göstərdi. Hər kəs üçün çox maraqlı oyun oldu. “Neftçi”nin Antalyada bir neçə oyununa baxmışdım. Çox yaxşı müdafiə olunurlar. Futbolçularmın bu gün nöqsanları oldu. Ancaq onlara buna görə irad bildirmək olmaz. Əsas odur ki, xalımızın üstünə bir xal da gəldi. Qarşıdakı oyunlar bizim üçün daha çətin olacaq.

- “Qarabağ” çempionatda sonuncu dəfə nə vaxt rəqib tərəfindən bu qədər pressinq görüb?

- Düzdü, həqiqətən bir neçə komandanı çıxmaq şərtiylə belə pressinq edən komanda olmamışdı. “Qəbələ” də bunu bacarır. “Neftçi” birinci hissədə meydanın bizə aid hissəsində də bunu edirdi. Bizim üçün xoş oldu. Belə olan halda futbolçularımız daha çox düşünür. Bu, ancaq bizim xeyrimizə olacaq. Bəlkə də, bu, indi bizim üçün təsirli deyil. Çünki Avroliqada 12 oyun keçirmişik. Qarşıdakı oyunlarda bunu hiss edəcəyik. Biz də düşündük ki, 15-20 dəqiqə bunun qarşısını alaq. Onlar oyunu ancaq pressinq üzərində qurmuşdu.

- “Qəbələ”nin xal itirməsi sizin oyununuza təsir etdi?

- Desəm ki, yox, yalan olar. Ancaq çalışırdım ki, mən komandanı ancaq bu oyuna kökləyim. Az da olsa o oyunda fikirlərimiz qalmışdı.

- Namiq Ələsgərov sizə qarşı oynasaydı, sizə daha çox başağrısı ola bilərdi? Yəni bu centlimen anlaşmanın səbəbi nə idi?

- Biz onu təçənnasız buraxmışıq. Bunun da qarşısında belə fikir irəli sürülüb, rəhbərlik tərəfindən. Mən də bunu Elxan Abdullayevə dedim, onlar da razılaşdı.

- Armenteros deyib ki, onu siz yollamısız. Ancaq siz demişdiz ki, onu siz yollamamısız?

- Bu məsələ dəqiq yadımda deyil. Hər futbolçuya qarşı ailəcənablıq etmək lazımdı. Bir futbolçunu komandada görmürəmsə ona bunu açıq şəkildə demək olmaz, hörmətsizlik olar. Biz də ona demişik ki, öz karyeran haqda düşün. Bilmirəm, yalanın ağı, yoxsa qarası olurmu? Biz açıqlamamızı vermişik, yola salmışıq. Mən ona heç bir hörmətsizlik etməmişəm. Onun oynamadığı vaxtlar da olub və dəfələrlə danışmışıq. Onun müqaviləsi də 1+1 sistemiylə bağlanmışdı. Müqavilə bitdi və o da azad futbolçu olaraq komandadan ayrıldı.

- Almeydanın yeri göründü?

- Almeyda komandanın əsas futbolçusudur. Çox hallar olub ki, Almeydasız da oynayın qələbə qazanmışıq. Amma onun olmaması o qədər də xoş deyil. Çox istərdim ki, bu gün meydanda olsun.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail