Samir Abbasov: "Qolu gözlədiyimizdən tez vurduq"

29.01.2017 | 5685 dəfə oxunub

“Çətin səfər oyun idi. Özü də qış fasiləsindən sonra səfərdə liderlərindən birinə qarşı oynamaq asan deyildi. Komandada mövqe baxımdan xeyli dəyişiklik etmişik. Maralı oyun oldu. Bizdə bir az həyacan vardı”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 15-ci turunun “Qəbələ”yə qarşı oyunundan (1:1) sonra deyib: “Qolu gözlədiyimizdən tez vurduq və tez də buraxdıq. Biz fikirləşirdik ki, sona yaxın bu qolu vurarıq. Çünki rəqib nəyin bahasına olursa-olsun udmaq istəyirdi”.
 
O, komandasının yeni transferləri barədə də danışıb: “Sergey Çernışev ikinci hissədə meydana daxil oldu. Onu vəzifəsi əks hücumlarda fəal iştirak idi. Bunun da öhdəsindən gəldi. Fərhad Qıstarov isə Azərbaycanda yenidir. İlk rəsmi matçında yaxşı oynayacağı gözlənilən deyildi”.

Abasov bildirib ki, komandasında çoxlu boşluq var: “Futbolçularımızın çoxu gəncdir. Buna baxmayaraq, onlar bu gün sonadək mübarizə aparıb bir xal qazandılar”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail