Zaur Svanadze: "Əlimizdə olan oyunçularla da yaxşı çıxış edirik"

29.01.2017 | 3600 dəfə oxunub

"Havaya baxmayaraq, yaxşı oynadıq. Qol buraxsaq da, yaxşı oyun sərgiləyib qalib gəldik. Şadam ki, çətinliklərə baxmayaraq, yaxşı oyunumuzu davam etdiririk. Bu gün ad günüm idi. Uşaqlar bu qələbəylə mənə hədiyyə verdilər".

Stadium.Az xəbər verir ki, bu sözləri Bakı "İnter"in baş məşqçisi Zaur Svanadze Premyer Liqanın 15-ci turunda "Kəpəz"ə 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Gürcü mütəxəssis daha sonra jurnalistərin suallarını cavablandırıb.

- Sizcə, ilk hissənin sonlarında vurulan bərabərlik qolu ümumi qələbədə nə qədər rol oynadı?

- Bu qolun müəyyən rolu ola bilər. Ancaq həlledici rol oynadığını düşünmürəm. Elə oyunlar olub ki, ilk hissədən sonra məğlub olsaq da, sonda qalib gəlmişik. Bizdə matçın taleyini həll edəcək yaxşı hücumçular var.
 
- Komanda bu gün 3 xal qazansa da, sponsorunu itirib. Siz daha çox qələbəyə sevinirsiz, yoxsa sponsorunuzu itirdiyinizə görə kədərlənirsiz?

- Sponsorla bağlı deyə bilərəm ki, bu, onların qərarıdır. Hamının müqaviləsi var. Bizim əsas vəzifəmiz meydana çıxıb, oynamaqdır. 
 
- Bu, oyunçulara təsir etmir ki?

- Xeyr, uşaqlar bilir ki, yaxşı oynamaq lazımdır. Yəqin ki, gec-tez sponsor tapılar.
 
- Ötən mövsümdə komanda avrokuboklara vəsiqə qazansa da, sonra burda çıxış edə bilmədi. Düşünmürsüz ki, bu il də eyni hal təkrarlansa, bu, haqsızlıq olar?

- Təbii ki, ədalətsizlik olar. Ancaq gördüyünüz kimi əlimizdə olan oyunçularla da yaxşı çıxış edirik. Bu oyunçular komandanı tərk etməsələr, avrokuboklarda çıxış edə bilərik.
 
- Belə görünür ki, Ağabala Ramazanov və Ruslan Abışovun ayrılmasının komandaya mənfi təsiri olmayıb. 

- Əlbəttə, təsiri olub. Ancaq hazırda heyətdə olan oyunçular çalışırlar ki, bu, özünü göstərməsin.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail