"Kəpəz"dən irqçilik açıqlaması

27.01.2017 | 3143 dəfə oxunub

Kəpəz" bütün dünyanın qarşı çıxdığı irqçiliklə bağlı açıqlama yayıb.

Goal.az xəbər verir ki, klub rəsmi saytı vasitəsilə irqçiliyə qarşı çıxdığını bildirib. Açıqlamanı olduğu kimi nəzərinizə çatdırırıq:

"Rasizm – dünya futbolunun bəlalı xəstəliklərindən biri olsa da, Azərbaycan futbolunda vəziyyət tamam fərqlidir. Ölkə klublarında, o cümlədən "Kəpəz”də illər öncə buna qarşı mübarizə metodlarının səmərəli təşkili öz bəhrəsini verməkdədir. Bu gün Gəncədə keçirilən oyunlarda rasizmlə bağlı problemlər görünmür. Stadionda irqçi davranışlar nümayiş olunmur, bu yöndə çağırışlar səslənmir. 
 
Futbolun istər yerli, istərsə də beynəlxalq mədəniyyət vasitəsi olduğuna böyük önəm verən "Kəpəz” klubunun rəhbərliyi yaşanacaq hər hansı bir problemin qarşısını vaxtında almaq üçün müntəzəm iş mexanizmi hazırlayıb. Bunun üçün ilk növbədə maarifləndirmə işinə daha ciddi yanaşılır və mütamadi olaraq azarkeşlərlə bu istiqamətdə söhbətlər aparılır.
 
"Kəpəz” rasizmin əleyhinədir! "Respect”, "fair-play” klubumuzun sloqanıdır!"

Martın 21-i Beynəlxalq İrqi Ayrıseçkiliyin Ləğvi Günüdür.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail