Ronaldo: "Messiylə bir-birimizə böyük hörmətimiz var"

25.01.2017 | 3594 dəfə oxunub

"Real Madrid"in hücumçusu Kriştianu Ronaldo Çin mətbuatına müsahibə verib. Stadium.Az xəbər verir ki, çinli idman jurnalistləri tərəfindən "İlin futbolçusu" seçilən portuqaliyalı ulduz bir sıra maraqlı məqamlara toxunub.

Tənqidlər

Tribunaların məni fitə tutmasına qarşı deyiləm. Hər kəsin müəyyən səbəblərdən sevmədiyi insanlar var. Tənqidçilərimi sevindirmək üçün yox, azarkeşlərə sevinc gətirmək üçün oynayıram. Onlar həmişə mənə hörmət göstərir və dəstək verirlər.

Zinəddin Zidan

Futbolçu və məşqçi kimi Zidana rəğbətimiz var. O, futbola böyük ehtirasla yanaşır. Bizim 40 oyunluq məğlubiyyətsizlik seriyasının əsas səbəblərindən biridir. Zidan komandanın mentalitetini dəyişdirdi və biz qalib gəlməyə başladıq.

Lionel Messi

Müqayisəni sevmirəm. Amma bu, istənilən işin bir hissəsidir. Messi komandası üçün əlindən gələni edir. Biz fərqli komandalarda oynayırıq, rəqibik. Amma bir-birimizə böyük hörmətimiz var.

Karyeranı başa vurmaq

Yeni müqavilə imzalayanda 41 yaşıma kimi oynayacağımı demişdim. Bu söz yarızarafat, yarıciddi qəbul oluna bilər. Özümü yaxşı hiss etsəm, 35,41 və ya 45 yaşıma kimi oynaya bilərəm.

Gələcək barədə

Özümü məşqçi kimi görmürəm. Bu, variantlar arasında yoxdur. Amma bilirəm ki, gələcəkdə hər şey ola bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail