Mutko: "Azərbaycanlı həmkarlarımızın “Birlik kuboku”yla bağlı yaxşı təklifi var"

23.01.2017 | 3576 dəfə oxunub

“Birlik kuboku” turniri bərpa oluna bilər. Stadium.Az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko məlumat verib.

Mutko “Birlik kuboku” tamamilə ləğv olunub, yoxsa yaşamaq şansı var” sualını belə cavablandırıb:

“UEFA-nın yeni prezidenti Aleksandr Çeferinlə görüşümüzdə bu məsələni də müzakirə etdik. Əgər klubları yarışa qaytarmaq istəyiriksə, bunu necə edəcəyimizi düşünməliyik. Məkan kimi Soçini seçmək olar. Azərbaycanlı həmkarlarımızın bununla bağlı yaxşı təklifi var.

Mükafat fondunu artırmalıyıq. Turnirin gənclər yığmalarının iştirakı ilə keçirilməsi uğursuz variant oldu. Yarış çox maraqlı keçməlidi ki, azarkeşlər ona diqqət göstərsinlər”.

Əsası 1993-cü ildə qoyulan turnir 2011-ci ilə qədər MDB və Baltikyanı ölkələrin çempionlarının iştirakı ilə keçirilib. 2012-ci ildən etibarən isə yarışda gənclər yığmaları mübarizə aparmağa başlayıb. Ötən il iyulun 23-də Vitali Mutko yarışın ləğv olunduğunu bəyan etmişdi.

Azərbaycan klubları 3 dəfə “Birlik kuboku”nun qalibi adını qazanıb. 2006-cı ildə “Neftçi”, 2008-ci ildə “Xəzər Lənkəran”, 2011-ci ildə isə “İnter” yarışda birinci olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail