Mariya Stadnik: “Oğlumu ərim yatırdırdı, mən məşq edirdim”

13.01.2017 | 3657 dəfə oxunub

Azərbaycan Güləş yığmasının üzvü, Olimpiya oyunlarının gümüş və bürünc mükafatçısı, dünya və Avropa çempionu Mariya Stadnik Hindistan mətbuatına müsahibə verib.

Stadium.Az xəbər verir ki, xanım idmançımız yarışlardan və ailəsindən danışıb.

O, əvvəlcə bunları deyib: “Mənim ailəm uğurlarımın əsas səbəblərindəndir. Düşünmürəm ki, xüsusi nəsə etmişəm. Bir çox peşəkarlar ailəsini və işini eyni anda yaxşı idarə etməyi bacarır. Mən doğrudan güləşi çox sevirəm. İstedadım var və bundan yararlanmalıyam”.

Stadnik həyat yoldaşı Andreyin ona uğur qazanmasında kömək etdiyini bildirib: 

“Andrey mənim özüməinamımın yaranmasında çox böyük kömək edib. Mənə özümdən çox inanır. Oğlum İqor dünyaya gələndə mən məşq etdiyim üçün uşağı Andrey yatızdırırdı. Mia doğulanda da həyat yoldaşım onun qayğılarını çəkirdi”.

Mariya ana olduqdan sonra güləşə qayıtmasından danışıb:

“Ana olduqdan sonra inanmırdım ki, yenidən idmanda uğur qazanacam. Çünki çəkim çox idi. Amma bunu bacardım. İlk Olimpiya medalı qazandığım zaman gənc idim. Sevinirdim. Pekində qazandığım medal xüsusi idi. Amma ana olandan sonra London-2012-də də 2-ci oldum. İnanmadığım bir medal idi”.

Xanım güləşçi son Olimpiadada – Rio-2016-da qazandığı gümüş medaldan razı qalmadığını sözlərinə əlavə edib: 

“Rio-2016-da qazandığım gümüşdən razı qalmadım. Karyeramın pik nöqtəsində çempion olmalı idim. O yarışa çox hazırlaşmışdım”.

“Övladlarınız televiziyada sizin qarşılaşmaları gördükdə hansı reaksiyanı verir?” sualına Stadnik belə cavab verib: “Onlar medal görəndə bilirlər ki, evə qayıdacağam. Bu səbəbdən məni gözləyirlər. Uşaqlar mənim televiziyada etdiklərimi görəndə onu təkrarlayırlar. Məsələn, medalı götürüb dişləyirlər, yeməli olmadığını görəndə məyus olurlar”.

Mariya övladlarının idmanla məşğul olduğunu deyib: 

“Oğlum hələ ki, futbol oynayır. Lakin onun bu məşğuliyyəti müvəqqətidir. Güləş isə onun qanındadır. Gec-tez güləşə qayıdacaq”.

Mariya 2020-ci ildə Tokioda qazanılacaq qızıl medalı belə həyatının ən qiymətli medalı saymayacağını bildirib: 

“Mənim həyatımın ən böyük medalı ailəmdir. Heç bir əyarlı medal onlardan dəyərli deyil”. (Qafqazinfo.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail