"Neftçi"dən daha bir transfer

05.01.2017 | 5326 dəfə oxunub

Bakının "Neftçi" klubunun heyətə cəlb etmək istədiyi ukraynalı futbolçunun adı müəyyənləşib. Stadium.Az xəbər verir ki, bu, Kiyev "Dinamo"sunun yetirməsi Kirill Petrovdur.

13 yaşında "Dinamo"nun düşərgəsinə qoşulan müdafiəçi 3 ildən sonra Kiyev təmsilçinin gənclərdən ibarət komandasında çıxış edib. O, 2009-cu ildən əsas komandaya cəlb olunsa da, növbəti illərdə "Krivbass" və "Qoverla"ya icarəyə verilib. Müdafiəçi 2013-cü ildən Kiyev "Arsenal"ı, bir il sonra Polşa "Korona"sı, 2015-ci ildə isə Qazaxıstanın "Ordabası" klublarında forma geyinib.
Onun sonuncu komandası isə Ukrayna "Olimpik"i olub. Petrov 2016-cı ilin fevralından çıxış etdiyi Donetsk klubu ilə yollarını dünən ayırıb. 26 yaşlı oyunçu əvvəllər Ukraynanın U-19 və U-21 yığmalarında da forma geyinib.
Petrovun bu gün "Neftçi"nin Türkiyənin Antalya bölgəsindəki düşərgəsinə qoşulacağı gözlənilir. Tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail