UEFA Messini ən yaxşı elan etdi

02.01.2017 | 3073 dəfə oxunub

UEFA 2016-cı ilin ən məhsuldar oyunçularının siyahısını açıqlayıb. Stadium.Az xəbər verir ki, siyahıda klub səviyyəli turnirlərdə ən çox qol vuran 11 oyunçu yer alıb.

Cədvələ "Barselona"nın qol silahı Lionel Messi başçılıq edir. Argentinalı il ərzində klubu üçün 50 qol vurub. O, belə göstəriciyə 49 matçda nail olub.
 
UEFA-nın cədvəlinin 2-ci pilləsində uruqvaylı Luis Suares qərarlaşıb. O, "Barselona"da keçirdiyi 48 oyunda 47 dəfə sevinib.
 
PSJ və "Mançester Yunayted"də üst-üstə 50 matç keçirən Zlatan İbrahimoviç cədvəlin 3-cüsüdü. İsveçli 47 qol vursa da, daha çox oyun keçirdiyindən Luisdən geri qalır.
 
Polşalı Robert Levandovski 48 görüşdə 39, portuqaliyalı Kriştianu Ronaldu 42 matçda 38 qol vurub. Onlar qollarını müvafiq olaraq "Bavariya" və "Real"da rəqib qapılarından keçirib.
 
48 oyunda 36 dəfə fərqlənən uruqvaylı Edinsoin Kavani buna PSJ-də imza atıb. 7-ci olan argentinalı Serxio Aquero "Mançester Siti"dəki 44 qarşılaşmada 35 dəfə toru silkələyib. Onun həmyerlisi, ilin gedişində "Napoli" və "Yuventus"da çıxış edən Qonzalo İquain 43 oyunda 33 dəfə qol vurub.
 
9 pillədə ən məhsuldar afrikalı qərarlaşıb. Bu, "Borussiya"nın (Dortmund) qabonlu legioneri Pyer-Erix Obameyanqdı. O, 43 matçda 32 dəfə fərqlənə bilib.
 
Siyahını 29 qol vuran 2 futbolçu qapayır. Rusiyalı Fyodor Smolov "Krasnodar"dakı 33 matçda bu qədər qol vurub. Daha çox oyun keçirdiyi üçün 11-ci olan Aleksandr Lakazet "Lion"un heyətində 39 dəfə meydana çıxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail