"Stop" deməyin, yeni "Stoper" var - 14 - Bəxtiyar Həsənalizadə

02.01.2017 | 15144 dəfə oxunub

Rəşad Sadıqov adı futbolumuz üçün sıradan bir ad deyil. Hər zaman oyunu, əzmkarlığı, peşəkarlığı ilə yaddaşımıza həkk olan Rəşad, artıq karyerasının son illərini, nə bilmək olur, bəlkə də son ilini yaşayır.

Hər kəsin sevimlisi olan Rəşadın, futboldan ayrılması bizlərə nə qədər ağırdısa, onu əvəz edə biləcək birinin hələ də olmaması ölkə futbolu üçün daha acınacaqlı bir durumdur.

Futbol camiəsində "onu kim əvəz edə bilər?" sualı hər kəsi düşündürür. Eləsi var, ümumiyyətlə namizədi yoxdur, namizədi olanlar da, hərə bir variantı irəli sürür. Rəşada əvəzləyici gözündə gördüyüm və haqqında bəhs edəcəyim şəxs "Sumqayıt"ın mərkəz müdafiəçisi Bəxtiyar Həsənalizadədir. Bəxtiyar, artıq uzun müddətdir Premyer Liqada çıxış edir. Bəxtiyarın Premyer Liqada 110 oyunluq təcrübəsi var. Kifayət qədər tərbiyəli futbolçudur. Mətbuatla münasibəti ən üst səviyyədədir. Nə meydanda, nə də ondan kənarda hansısa mənfi hərəkətinə rast gəlməmişəm, heç eşitməmişəm də. Başını aşağı salıb, daim öz oyunu ilə məşğuldur. "Sumqayıt"ın əsas komandasına elə komandanın öz əvəzedici heyətindən dəvət alıb. Bernhard Raabın vaxtında əsas komanda debut etsə də, Aqil Məmmədovun məşqçiliyi dövründən davamlı olaraq əsas heyətin üzvüdür. "Sumqayıt" komandasına bir neçə məşqçi gəlib getsə də, hər hansı biri ilə problemi əsla olmayıb.

Demək olar komandaya gəldiyi gündən stabil olaraq əsas heyətin üzvünə çevrilib. Meydandakı oyununda, Rəşada oxşar cəhətləri də kifayət qədərdir. Rəşad kimi sürüşmə fəndini səliqəli, səhvsiz yerinə yetirir. Yerli müdafiəçilərimizdə ən axsaq cəhət geridən oyuna başlamaq məharətinin zəif olmasıdır. Bu, hər birimizə məlumdur. Amma Bəxtiyar Rəşad kimi oyunu öz üzərinə götürüb, mübarizəyə  geridən başlamaq qabliyyətinə sahibdir. Rəşadın soyuqqanlı müdaxilələrinə kifayət qədər şahid olmuşuq. Bənzər müdaxilələr Bəxtiyarda da kifayət qədərdir. Ən vacibi stabil oyuna sahib olmasıdır. Rəşad kimi o da hər hansı səhvdə sınmır, əksinə, özündə güc tapıb növbəti oyunda daha yaxşı çıxış etməyi bacarır. Bəxtiyar da Rəşad kimi 14 nömrəli futbolkada çıxış edir. Bu an üçün Bəxtiyara lazım olan, daha üst səviyyə komandalarımıza getmək və səviyyəsini artırmaq üçün daha səviyyəli futbolçularla bir yerdə çalışmasıdır.

Yeni Rəşadı gözləmək yox, olana dəstək olmaq, inkişafına zəmin yaratmaq lazımdır. O zaman Rəşadın gedişi bu qədər boşluğa səbəb olmaz. Bu isə Bəxtiyardan çox, digər klub başbilənlərimizin üzərinə düşən işdir. İnanaq ki, belə potensiala sahib olan Bəxtiyarın karyerası "Sumqayıt"la məhdudlaşmayacaq.

Xanoğlan İmanov

Görüntünün olası içeriği: 4 kişi

Görüntünün olası içeriği: 2 kişi, spor yapan insanlar ve açık hava

Görüntünün olası içeriği: 4 kişi, spor yapan insanlar ve açık hava

Görüntünün olası içeriği: 3 kişi, spor yapan insanlar ve açık hava


Aşağıda təqdim etdiyimiz videorolikdə isə Bəxtiyarın sadaladığımız bəzi özəlliklərini - ütün keyfiyyətlərini görə bilərsiz:




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail