"Təəssüf ki, son zamanlar flaqmana qarşı təzyiqlərin ardı-arası kəsilmir"

17.11.2011 | 5167 dəfə oxunub

"Neftçi" Veteranları Klubu bəyanat yayıb. Stadium.az bəyanatə diqqətinizə çatdırır: 

Bu gün futbolumuzda baş verən bəzi hadisələr bizi qayğılandırır. "Neftçi"nin dünəni olaraq onun bu günü haqda düşünürük. Gənclərimizin yanında olmaq, onlara məsləhətlərimizi vermək biz veteranların borcudur. Təəssüf ki, son zamanlar flaqmana qarşı təzyiqlərin ardı-arası kəsilmir. Yadımızdadır ki, Sovet dövründə "Neftçi"də oynadığımız müddətdə belə hallar baş verirdi. Amma indi müstəqil ölkədə yaşayırıq. Bu şəraitdə ölkənin ən köklü klubu nə üçün təzyiqlərə məruz qalmalıdır. "Neftçi"nin iştirakı ilə baş tutan hər oyun maraqlı gərgin idman mübarizəsi şəraitində keçir. Flaqman Azərbaycan futbolunun etalonudur. Bir çox rəqiblər "Neftçi" ilə görüşə başqa xüsusi abu-havada çıxır. Təkcə "Neftçi" - "Xəzər Lənkəran" oyununu misal göstərmək kifayətdir. Həmin görüşdə etdiyi hərəkətə görə "Neftçi"nin yarımmüdafiəçisi Rəşad Abdullayev AFFA-nın İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzaya məruz qalıb. Biz "Neftçi" veteranları olaraq səhvini başa düşmüş Rəşadın cəzasının daha yüngül olmasını istərdik. Hər halda böyüklük etmək təkcə veteranların yox, həm də qanun keşikçilərinin borcudur. Bilin ki, bu gün gördüyünüz "Neftçi" Azərbaycan futbolunun yaşayan tarixidir. Tarix isə onu yaşadanları yaşadır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail