İniesta "Barselona"dan gedir?

29.12.2016 | 3822 dəfə oxunub

"Barselona"nın ispaniyalı ulduzu Andres İniesta klubun rəsmi saytına müsahibə verib. Stadium.Az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi karyerasını məhz burda başa vurmaq istədiyini deyib:

"Karyeramı məhz "Barselona"da başa vurmaq istəyirəm. Bu mənim arzumdur. Çoxdan bu barədə fikirləşirdim. Belə komandada çıxış etməyə başlayanda karyeranın necə olacağını bilmirsən.

Zamanla vəziyyət aydınlaşır və ümid etməyə başlayırsan ki, məhz bu komandanın futbolçusu kimi butslarını mismardan asacaqsan. Çətin vaxtlar keçirmişəm. Elə olub ki, "Barselona"da 10 dəqiqə meydanda olmağı başqa komandada daha çox oynamaqdan üstün hesab etmişəm. İndi karyeramı başa vurandan sonra nə ilə məşğul olacağımı düşünmürəm. Amma dəqiq bilirəm ki, futbolla əlaqəli qalacam".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail