"Zirə" baş məşqçisini dəyişdi

27.12.2016 | 6098 dəfə oxunub

“Zirə” klubunun rəhbərliyi və baş məşqçi Adil Şükürovun iştirakı ilə klubdaxili iclas keçirilib. Stadium.Az xəbər verir ki, müzakirələr nəticəsində Premyer Liqanın ilk iki dövrəsi və Azərbaycan kuboku uğrunda yarışda qeydə alınan nəticələr nəzərə alınaraq, komandada məşqçi dəyişikliyinin olması haqda qərar qəbul edilib.

Qarşılıqlı razılaşma əsasında Adil Şükürov baş məşqçi vəzifəsindən ayrılıb. Bu vəzifə mövsümün sonuna qədər əvəzedici komandanın çalışdırıcısı Ayxan Abbasova tapşırılıb.

Klub rəhbərliyi mövsümün sonunda əldə olunacaq nəticələrə əsasən, baş məşqçi məsələsinə yenidən baxacaq. Adil Şükürov bundan sonra da "Zirə"də fəaliyyətini davam etdirəcək. Klub rəhbərliyi bu dəyişiklikdən sonra da Adil Şükürovun xidmətindən yararlanmaq niyyətindədir. Belə ki, Şükürov  bundan sonra klubun akademiyasının koordinatoru vəzifəsində çalışacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail