"Qarabağ"ın məşqçisi İspaniyada Ağdamın işğalından danışıb

25.12.2016 | 5248 dəfə oxunub

"Qarabağ" yeganə komandadır ki, öz doğma stadionunda 20 ildən artıqdır oynamır. Komanda təmsil etdiyi Ağdam 1993-cü ildə işğal olunandan sonra qaçqın status alıb. Bu, milli səviyəsində münaqişədir". 

Stadium.Az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın ispaniyalı məşqçisi Ruben Selles ölkəsinin mətbuatına açıqlamasında bildirib.

33 yaşlı mütəxəssisin fikrincə, azərbaycanlılar Ermənistanla Dağlıq Qarabaq münaqişəsinə görə doğma münasibət göstərdiyi, Avropaya göstərmək üçün yaxşı bir vasitə olan "Qarabağ"a xüsusi klub kimi baxır:

"Azərbaycanın ərazisinin 20 faizdən çoxu Ermənistan tərəfdən işğal edilib. 1 milyondan çox insan qaçqın, köçkün olub. Ağdamın işğal olunması nəticəsində "Qarabağ"ın stadionu dağıdılıb. Komandanın məşqçisi Allahverdi Bağırov Qarabağın müdafiəsi uğrunda müharibədə Azərbaycan ordusundə baş komandan olub. O, klubdan gedərək Ağdam uğrunda döyüşüb və həlak olub. Bağırov milli qəhrəman sayılır. Klub hər il onu yad edir, xatirəsinə stadonda banner asılır. 

"Qarabağ"ın prezidenti Tahir Gözəl atası ilə birgə "Azərsun" şirkətinin yaradıcılarıdır. Kluba 2001-ci ildən himayədarlıq edirlər. Onlar bütün Avropaya, dünyaya Qarabağ həqiqətlərini göstərməyə, bu torpaqların Azərbaycana məxsus olduğunu nümayiş etdirmək üçün çalışırlar. "Qarabağ"ın son 3 ildə çempion olmasının əsas memarı baş məşqçisi Qurban Qurbanovdur". 

Selles "Qarabağ"ın oynayan həmyerliləri haqda da danışıb: "Komandamızda iki ispaniyalı futbolçu var. Bunlardan biri Xixon "Sportinq"i ilə "Xetafe"nin sabiq futbolçusu Miger Maderadır. Digər yarımmüdafəçi isə Dani Kintanadır. O, komandada ən yaxşılardan biridir, Avropa Liqasında Pol Poqbanı qabaqlayıb. Ötən mövsüm isə Azərbaycan Premyer Liqasının bombardiri olub. 

"Qarabağ"da qaçqın ailələrin övladları oynayır. Kapitan Rəşad Sadıqov kimi. Komandada Qarabağ müharibəsində həlak olanların övladları da çıxış edir. Döyüşlər Bakıdan uzaqda olur. Ancaq insanların həyatında özünü çox göstərir. Hər dəfə cəbhə bölgəsində qarşıdurmalar, ölümlər, hər iki tərəfdən çox gərginlik olur". 

Məlum olduğu kimi, hazırda "Mançester Yunayetd"də oynayan erməni futbolçu Henrix Mxitaryan ötən mövsüm Dortmund "Borussiya"sında forma geyinərkən "Qəbələ" ilə Avropa Liqasında qrup matçı üçün Azərbaycana gəlməmişdi. Almaniya klubu bəyanatında bu addımın təhlükəsizliklə bağlı olduğunu əsaslandırmışdı. Selles Azərbaycanın ərazilərinin qaytarılmasında sülh yolunun tərəfdar olduğunu vurğulayıb: "Klubun bu mövqeyini ortaya qoymasını qeyd etmək çox vacibdir. Azərbaycan işğal olunmuş torpaqlarının geri qaytarılması üçün danışıqların aparılmasına üstünlük verir".  
Qeyd edək ki, yarım ildir "Qarabağ"da çalışan, fiziki hazırlıq üzrə məşqçi olan Selles daha öncə "Neftçi"də bu vəzifədə işləyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail