Rumıniyanın "Styaua" klubunun adı əlindən alındı

23.12.2016 | 4521 dəfə oxunub

Rumıniyanın “Styaua” klubu maraqlı durumla üzləşib. Stadium.Az xəbər verir ki, ölkənin köklü klubu ilə bağlı sərt qərar verilib. K

Klubun “Styaua” adından istifadə etməklə bağlı Apelyasiya Məhkəməsinə ünvanladığı şikayət rədd edilib. Qərara əsasən, ölkənin Ordu İdman Klubunun razılığı olmadan, bu addan və rəmzlərindən istifadə oluna bilməz.

“Styaua” 1947-ci ildə Ordu İdman Assosiasiyasının nəzdində yaradılıb. 51 il ərzində klub Müdafiə Nazirliyinə məxsus olub. 1998-ci ildən isə özəlləşdirilib, yerli hakimiyyət “Steaua” adının istifadə olunmasına icazə verib. Sonradan isə Ordu İdman Klubu bir neçə dəfə “Styaua”nın prezidenti Cidci Bekaliyə qarşı iddia qaldıraraq 2004-2014-cü illərdə müəllif hüququnu pozduğu üçün ondan 37 milyon avro təzminat tələb edib. Bir müddət əvvəl birinci istansiya məhkəməsi klubdan Styaua” adının alınması ilə bağlı iddianı təmin edib. Apelyasiya Məhkəməsi isə qərarı qüvvədə saxlayıb.

Rumıniya mətbuatının yazdığına görə, ölkənin ən titullu klubu (o cümlədən 1986-cı il Çempionlar Kuboku (indiki Çempionlar Liqası) və Avropa superubokunun qalibi) olan “Steaua”nın bu ad altında 1998-ci ildə qazandığı bütün mükafatlardan məhrum edilə bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail