"Gedib Avropada bir iş görmək lazımdır" - Abdulbari Gözəl

20.12.2016 | 6171 dəfə oxunub

"Qarabağ"ın prezidenti Abdulbari Gözəl komandanın Avropa Liqasının qrup mərhələsindəki çıxışını dəyərləndirib. Stadium.Az xəbər verir ki, türkiyəli iş adamı qrupdan çıxmağın əsas hədəf olduğunu bildirib.

O deyib: "Çox yaxşı nəticələrlə irəl getmişdik. Amma futbolda nəticələr yuvarlaqdır. Hərdən problemlər ortaya çıxır. Bu il hədəfimiz qrup mərhələsini adlamaqdan ibarət idi. Buna da yaxın idik. Amma bir-iki dəfə şanssızlıq oldu. "Slovan"la görüş komandanın tarazlığını pozdu. Səfərdəki 0:3 hesablı məğlubiyyət bizi çox narahat etdi. Çatışmazlıqları baş məşqçimiz Qurban Qurbanov görür. Biz də ona dedik ki, bunları aradan qaldır və fikirləş ki, Azərbaycanı o mərhələyə çıxarmaq üçün nə edəcəksən".

A.Gözəl eyni hədəfə növbəti mövsümdə çatmalarının vacibliyini deyib:

"Növbəti mövsümdə də Azərbaycanın incisi olacağıq. Azərbaycanda birinci olmaq əvvəllər çox önəmli idi. İndi isə gedib Avropada bir iş görmək lazımdır. Düzdür, "Qəbələ", "Zirə" kimi rəqabət yaradan klublarımız var. Klublar güclü olsa, futbolçular daim gücə alışarlar. Güclü klub meydanda tək qalsa, zəifləyə bilər. Çünki zəiflər arasında elə biləcək ki, hamıdan güclüdür. Hədəfimiz Azərbaycanı qrupdan çıxarmaqdır, bunu gözləyirik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail