"Trabzonspor" rəsmisi: "Şeydayevin komandadan gedişi gündəmdə deyil"
Türkiyənin "Trabzonspor" klubu milli komandamızın futbolçusu Ramil Şeydayevinin qış transfer pəncərəsində komandadan ayrılacağı ilə ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Stadium.Az xəbər verir ki, Trabzon təmsilçisinin mətbuat katibi Can Karyağdı “Report”a açıqlamasında hazırda Ramil Şeydayevin komandadan göndərilməsinin gündəmdə olmadığını söyləyib.
C.Karyağdı bildirib ki, komandanın baş məşqçisi Ersun Yanal gənc forvardla bağlı hələ hər hansı qərar verməyib: "Bizim komandanın baş məşqçisi və idarə heyəti var. Hələ nə baş məşqçimiz Ersun Yanal, nə də idarə heyəti futbolçunun icarəyə verilməsi və ya göndərilməsi ilə bağlı hansısa qərar verib. Bu gün üçün Şeydayevin komandadan gedişi gündəmdə deyil. Qış transfer pəncərəsində nələrin olacağını isə indidən deyə bilmərəm".
Klub rəsmisi 19 yaşlı hücumçunun "Neftçi"də çıxış edəcəyi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib: "Bir daha qeyd etmək istəyirəm baş məşqçimiz futbolçudan narazı deyil və onun hər hansı kluba keçidi müzakirə olunmur".
Qeyd edək ki, "Trabzonspor"da start heyətində möhmlənə bilməyən Ramil Şeydayevin qış transfer pəncərəsində icarəyə veriləcəyi bildirilir. Futbolçunun adı Bakının "Neftçi" klubu ilə yanaşı çəkilir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |