Sadıq Sadıqov: "Həcc ziyarətindən özümlə bir butulka daş gətirmişəm ki, onları buradakı şeytanlara atım"

16.11.2011 | 6232 dəfə oxunub

Həcc ziyarətindən qayıdan “Neftçi” futbol klubunun prezidenti Sadıq Sadıqovun müsahibəsi:

- Həcc ziyarətiniz necə keçdi?
- Bütün müsəlman qardaşlarıma müqəddəs torpaqları ziyarət etməyi arzulayıram. Biz müsəlmanların borcudur ki, ömürlərinin sonunadək heç olmasa bir dəfə Həcc ziyarətində olsunlar. Səfər təəssüratlarıma gəldikdə, gərək görüb yaşayasan. Çox gözəl bir yerdir. Müqəddəs torpaqları görmək hər bir müsəlmanın arzusudur. Allaha qurban olum ki, görə bildik, yaşaya bildik. Hər şey çox gözəl, yüksək səviyyədə oldu.

- Ziyarət müddətində “Neftçi”nin çıxışları ilə maraqlana bilirdiniz?
- Təbii ki, bir klub prezidenti olaraq, ürəyim “Neftçi” ilə döyünür. Hər gün komandanın işləri ilə maraqlanırdım. Ziyarət vaxtı mənə müntəzəm məlumatlar verilirdi.

- Deyəsən, klub prezidentləri arasında ilk Hacı Sizsiniz...
- Mən onu deyə bilmərəm. Bəlkə də var, amma özləri gizli saxlayırlar. Məncə, kimsə olmalıdır.

- Ziyarətiniz müddətində “Neftçi” üçün iki önəmli olay yaşandı. Noyabrın 3-də komandaya çempionluq münasibətilə qızıl medallar verildi, noyabrın 6-da isə “Neftçi” prinsipial rəqibi “Xəzər Lənkəran”ı məğlub etdi...
- Özüm iştirak edə bilməsəm də, mükafatlandırma mərasimində komandamıza qızıl medalların verilməsinə çox sevindim. “Xəzər Lənkəran” üzərində qələbəyə gəldikdə, biz hər bir oyuna derbi kimi yanaşırıq. O oyundan əvvəl “Turan”ı 90+1-ci dəqiqədə Bahodir Nasimovun vurduğu qolla məğlub etmişdik. “Xəzər Lənkəran”ı da yenəcəyimizə inanırdım. Çünki bu oyuna komandamız tam fərqli əhval-ruhiyyədə köklənmişdi, oyun öz meydançamızda keçirilirdi. Amma 5:0 hesablı qələbəni, açığı, gözləmirdim. Uşaqlar çox sağ olsunlar ki, qalib gəldilər və qələbəni mənə həsr etdilər.

- Amma Sizdən fərqli olaraq, “Xəzər Lənkəran” düşərgəsində bu nəticəni heç də adi qarşılamayıblar...
- Bilirsiniz, 0:5 hesablı məğlubiyyət dünyanın sonu deyil, bundan faciə yaratmağa dəyməz. Oyunda hər şey ola bilər.

- Bəs Kamran Ağayev olayı barədə nə deyə bilərsiniz? Belə məlumatlar yayıldı ki, guya Ağayev qəsdən oynamaq istəməyib və “Neftçi”yə keçidi gündəmdədir...
- Məğlubiyyətin Kamran Ağayevin oynamaması üzündən baş verdiyi fikri ilə razı deyiləm. Çünki vurulan qollarda həmin gün qapını qoruyan Kamal Bayramovun elə də böyük günahı yox idi. O oyunda qapıda kim olsaydı, “Neftçi”nin qələbəsinə əngəl ola bilməyəcəkdi. Bəlkə hesab 5:0 yox, 1:0 və ya 2:0 olacaqdı, amma biz qalib gələcəkdik. Ağayevin “Neftçi”yə keçəcəyi barədə fikirlərə gəldikdə, mən 15 ildir idmandayam. Azərbaycanın bayrağını ucaldan hər bir idmançıya öz övladım kimi baxıram. Onu “Neftçi”yə gətirmək istəsəm, ilk növbədə, “Xəzər Lənkəran” rəhbərliyi ilə danışaram. Sadəcə, Kamranın dili varsa, dilçəyi də var. Məhz bu cəhətinə görə onu bəyənirəm.

- Oyunun əvvəllərində Rəşad Abdullayevin “Xəzər Lənkəran” futbolçusuna qarşı hərəkəti də çox müzakirə olundu. AFFA İntizam Komitəsi futbolçunuzu 4 oyunluq cəzalandırdı, Apellyasiya və Ekspert Komissiyasına etdiyiniz müraciətə isə mənfi cavab verildi. Ümumiyyətlə, bu olay barədə nə deyə bilərsiniz?
- Rəşad Abdullayevin belə hərəkəti yolverilməzdir. Özündən yaşca xeyli kiçik olan Şəhriyar Xəlilova qarşı bu cür davranmasına münasibətim mənfidir. Amma o da etdiyi hərəkətindən peşman olub, hətta üzr istəyib. Klubumuz isə Rəşadı cərimələyib və bir də belə hal təkrarlanacağı halda daha ciddi cəzalandıracağını onun diqqətinə çatdırıb. Ötən il “Bakı”nın futbolçusu Jaba da diskvalifikasiya olunmuşdu. Həmin vaxt deyirdilər ki, “Neftçi” ilə oyunda iştirak etməməsi üçün belə sərt cəza veriblər. O zaman biz də AFFA-ya məktub yazdıq ki, Jabanın komandamıza qarşı oynamasına etiraz etmirik. Nəticədə braziliyalı futbolçunun cəzasını azaltdılar. İndi də yenidən apellyasiya vermək niyyətindəyik. Çünki qarşıda vacib oyunlarımız var. Amma biz AFFA-ya təzyiq edə bilmərik ki, futbolçumuzun cəzasını azaltsınlar.

- Braziliyalı oyunçularınız Flavinyo və Alessandro Viana da Silva Azərbaycan vətəndaşlığı alaraq, yığmamızda çıxış etmək istədiklərini bildiriblər. Serbiyalı qapıçınız Saşa Stamenkoviç isə millimizdən təklif aldığını açıqlayıb...
- Mən Flavinyonun klubları mükafatlandırma mərasimində AFFA prezidenti Rövnəq Abdullayevə belə bir istəklə müraciət etməsindən məlumatlıyam. Alessandro və Stamenkoviçlə bağlı məsələdən isə indi xəbər tutmuşam. Təbii ki, Azərbaycan yığmasının şərəfini qorumaq istəyirlərsə və bu, futbolumuzun xeyrinə olarsa, ancaq alqışlaya bilərəm. Amma belə məsələlərin həlli yığmamızın baş məşqçisindən və AFFA rəhbərliyindən asılıdır.

- Qış transfer dövründə heyətinizə yeni futbolçular qatmaq niyyətiniz var?
- Uzağı, 1 oyunçu alacağıq. Çünki hazırda 30-dək futbolçumuz var. Onların arasında gənclər də yetərincədir. Legionerlərin sayının isə 7-dən artıq olmasını istəməzdim. Çünki yenə də Zaqreb “Dinamo”su kimi rəqiblə mübarizədə uduzacağıqsa, gənclərin inkişafına daha çox diqqət yetirməliyik. Bu məqsədlə gələn mövsüm heyətə gəncləri də cəlb edəcəyik.

- Həcc ziyarətiniz vaxtı şeytana daş atdınız?
- Nəinki şeytana daş atmışam, hətta özümlə bir butulka daş da gətirmişəm. Gətirmişəm ki, onları buradakı şeytanlara atım.

- Azərbaycan futbolunda da şeytanlar var?
- İnsan olan yerdə şeytan da var. Təsadüfi deyil ki, nə isə xoşagəlməz olayla qarşılaşanda “lənət şeytana” deyirsən.

Lent.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail