"İstəməzdim ki, AZAL bu büdcə ilə bu şəraitdə futbol oynasın"

17.12.2016 | 4007 dəfə oxunub

"Son pillələrdə qərarlaşan 2 komandanın görüşü idi. Bizim üçün derbi sayılırdı. Bu gün 3 xal bizə çox lazım idi. Komandamın son oyunlardakı mübarizəsindən razıyam. Sadəcə, qalibiyyət çatışmırdı. Bütün futbolçulara təşəkkür edirəm. "Qəbələ” ilə oyunda zədəlilərimiz var idi. Bu matçda isə onlar artıq meydanda idilər, 1-2 futbolçu istisna olmaqla. Futbolçulara demişdim ki, heç olmasa qış fasiləsinə yüksək əhval-ruhiyyədə gedək. Düzdür, hələ də çatışmayan cəhətlərimiz var. Amma qələbə qələbədir. İli qalibiyyətlə başa vurduğumuz üçün şadam”.

Qol.az-ın məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqanın 34-cü turunda "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

O, qış fasiləsində heyətdə dəyişiklik olacağını bildirib:

"Komanda noyabrın ortasından əzmkar oyun göstərməyə başladı. Bəli, dəyişikliklər olacaq. Amma çox böyük dəyişikliklər etmək fikrində deyilik. Çalışacağıq ki, büdcəmizə uyğun, amma səviyyə və təcrübə baxımından bizə kömək edə biləcək oyunçular gətirək.

T.Əhmədov qış toplanışının Şüvələndə olacağını söyləyib:

"Əgər büdcə 150 mindisə, biz heç hara gedəsi deyilik.  Son 2 ildə olduğu kimi, Şüvəlanda hazırlaşacağıq. Yanvarın 5-dən hazırlığa start verəcəyik.

T. Əhmədov jurnalist kimi bugünkü qələbəni necə şərh edəcəyi ilə bağlı sualı belə cavablandırıb:

"Kənardan oyunu təhlil etmək asandır. Pelenin bir müsahibəsi var ki, ona futbolla dama arasındakı fərqi soruşurlar. Deyir ki, futbolu hamı dərk edir, amma çoxu oynaya bilmir. Damanı isə hamı oynayır, amma hər kəs dərk etmir. Mən jurnalist olsaydım, bəlkə də, baş məşqçiləri daha çox tənqid edərdim. Keçən il Avroliqaya şansımız son anda əldən çıxdı. Bu il də istəməzdim ki, nə "Neftçi”, nə də AZAL bu büdcə ilə bu şəraitdə futbol oynasınlar. Oyun baxımından AZAL heç kimdən geri qalmır. Hər bir "Neftçi”yə qalib gəlmək istəyər. Biz öz büdcəmizə görə "xalq komandası”na qalib gəlmişiksə, deməli, bizi qarşıda daha yaxşı oyunlar gözləyir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail