"Ramil Şeydayev belə axmaq qərar qəbul etməməli idi"
Rusiyanın "Zenit" klubunun uşaq futbol məktəbinin məşqçisi olan Boris Rapoport keçmiş yetirməsi, Azərbaycan yığmasının və Türkiyənin "Trabzonspor" klubunun hücumçusu Ramil Şeydayev barədə fikirlərini bölüşüb.
Stadium.Az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Şeydayev "Zenit"də qalmalı idi. Hansı ki, indi hücum xəttində onsuz da geniş seçim imkanı yoxdur. Amma o, fərqli qərar qəbul etdi. Başa düşürəm ki, o, "Trabzonspor"a getməklə oyun təcrübəsi qazanmaq istəyirdi. Amma məndə olan məlumata görə, orada da oynamır. Görünür, o, Ramilin əslində nəyə qadir olduğunu bilməyən insanlarla çalışır".
"Məndə elə təəssürat yaranır ki, Şeydayevin bu seçimində maliyyə şərtləri əsas rol oynayıb. Bunun başqa izahı yoxdur. Çünki "Zenit"də onun üçün hər şey normal idi. Belə axmaq qərar qəbul etməməli idi. "Trabzonspor"da oynamırsa, deməli, geri gedir, yaş da yerində dayanmır. Növbəti addım hansısa Azərbaycan klubuna keçmək olacaq".
"Şeydayev yeni pasportla Rusiyaya qayıtsa, Premyer Liqada altı legioner sırasına düşmək üçün ciddi səviyyəyə malik olmalısan. Bu da çox çətindir. Ramil Azərbaycan vətəndaşlığını qəbul etməklə özü hər şeyi korladı. Onun bu seçimini də anlaya bilmirəm. Çünki Azərbaycan yığması heç vaxt Avropada və ya dünyada böyük turnirlərin iştirakçısı olmayıb. Sadəcə, seçmə mərhələlərdə iştirak edən yığma komandanı seçməyin mənası nədir? Şeydayevə görə çox təəssüflənirəm. Çünki o, Rusiyanın gənclərdən ibarət yığmasının aparıcı qüvvəsi idi. Belə bir yetirməmizin olması qürurverici idi".
"Ramil bizimlə əlaqə saxlamır. Bizdən uzaqlaşıb. Burada futbolun sirlərini öyrənən, başqa-başqa şəhərlərdə futbol oynayan əksər yetirməmiz əlaqə saxlayır. Amma Ramil yox. Bu da çox təəccüblüdür. Çünki o, bizim məktəbdə altı il futbolla məşğul olub".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |