"Bakı"nın prezidentinə VİP dəvət

15.11.2011 | 5157 dəfə oxunub

"Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov mötəbər futbol sərgisinə dəvət alıb. Stadium.az xəbər verir ki, "Soccerex" İcraçı direktoru Daniel Kperbs tərəfindən imzalanan rəsmi dəvət məktubunda "Bakı" futbol klubunun uşaq və yeniyetmə futbolu sahəsindəki fəaliyyəti və əldə etdiyi nailiyyətlərə xüsusi diqqət yetirlir. 

Cənab Krebs Hafiz Məmmədovun Soccerex-2011-də VİP qonaq simasında görməkdən məmnun olacağını ifadə edib.    

26-30 noyabr tarixlərində Rio de Janeyroda təşkil olunacaq futbol festivalında FİFA, Braziliya Futbol Federasiyası (CBF), "Çelsi", "Milan", Coca Cola, Adidas, Sony kimi nəhəng şirkətlər yeni futbol texnologiyaları nümayiş etdirəcəklər.

1995-ci ildə əsası İngiltərədə qoyulan Soccerex müxtəlif qitələrdə təşkil etdiyi forum, futbol festivalları və sərgilərlə futbolun inkişafına xidmət edir. Soccerex 2011-ci ildə Mançesterdə Avropa forumu və Sinqapurda Asiya forumu reallaşdırıb. Qlobal konvensiyalar (Global Convention) adlı növbəti tədbir yuxarıda qeyd olunan tarixlrdə Braziliyada düzənlənəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail