"Əlimizdə material olmadığı üçün çıxılmaz vəziyyətdə qaldım"

13.12.2016 | 4608 dəfə oxunub

"İtkilərə baxmayaraq, komanda mübarizə apardı. Futbol səhvlər üzərində qurulub. Hər oyun  səhvlərdən qol buraxırıq. Amma bu gün komandamdan razı qaldım". Stadium.Az xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov ölkə kubokunun 1/4 finalında "Qəbələ" ilə oyundan (1:2) sonra keçirilən mətbuat konfransında deyib.

O, mərhələni adlamaq istədiklərini bildirməklə yanaşı, "Qəbələ"nin güclü olduğunu da qeyd edib:
"Qəbələ" ad qazanmış komandadır. Yüksək səviyyəli oyunçuları var. Bizim isə ehtiyat qüvvəmiz yoxdur. Əlimizdə material olmadığı üçün çıxılmaz vəziyyətdə qaldım. Ozobiçin ustalıq səviyyəsi göz önündədir.  Ortaya 10 futbolçu da qoysaydım , xeyiri olmayacaqdı. Üç gün sonra "Neftçi" ilə derbi oyunumuz var. Bu oyuna çox ciddi hazırlaşacağıq.

Tərlan Əhmədov Premyer Liqanın 14-cü turunda "Neftçi" ilə keçiriləcək oyun haqda da fikirlərini bildirib:  "Oyunun necə nəticələnəcəyini deyə bilmərəm.  Mən Vanqa deyiləm. Uğuru verən gözəgörünməzdir. "Neftçi" ilə şəxsi prinsipim yoxdur. "Neftçi"nin adı var. Amma biz də çalışacağıq ki, 3 xal uğrunda mübarizə aparaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail