"Beşiktaş"ı Azərbaycana hansı klubumuz gətitr? - ÖZƏL

13.12.2016 | 8573 dəfə oxunub

Türkiyə çempionu “Beşiktaş”ın Azərbaycana gələcəyiylə bağlı xəbər vermişdik. Stadium.Az artıq bu səfərin mahiyətini də öyrənib.

Belə ki, İstanbul klubu Bakıya gələrək Ağdamın “Qarabağ” klubuyla yoxlama oyunu keçirəcək. Bunu isə saytımıza açıqlamasında “Qarabağ”ın idman direktoru Əmrah Çəlikəl təsdiqlədi:

“Bəli, bununla bağlı artıq iki klub arasında danışıqlar davam edir. Yəni ortaq qərar qəbul edilsə ya Bakıda, ya da İstanbulda “Beşiktaş”la “Qarabağ” arasında yoldaşlıq – dostluq matçı keçiriləcək. Bunun əsas səbəbi iə iki klub arasında tərəfdaşlığın təməlinin qoyulmasıdır. Bu həftə “Beşiktaş” rəhbərliyindən bir neçə rəsmi şəxs Bakıya gələcək və oyunun məkanıyla zamanın bəlli edəcəyik”.

Məlumat üçün bildirək ki, İstanbulda baş verən terrorla əlaqədar “Bursaspor”un rəhbəri Ali Ay “Beşiktaş” klubuna maraqlı təklif irəli sürüb. Klub prezidenti iki komanda arasında xeyriyyə matçının keçirilməsini və oyundan gələcək gəlirin şəhid ailələrinə verilməsini təklif edib.

Bu təklifə “Beşiktaş” prezidenti Fikrət Orman da cavab verib:. “Rəqibimizi iki dəfə qəbul etmişik. Budəfəki qarşılaşmanın “Timsah Arena”da keçirilməsini istərdik. Təbii ki, əvvəldən hazırlanmış proqramlar var. “Beşiktaş”ın Azərbaycanda da özəl oyunu olacaq. Hələ həmin görüşün tarixi müəyyənləşdirilməyib. Yanvarın 10-12-si aralığında Antalyada olacağıq. “Bursaspor”un prezidenti mənə müraciət etdikdən dərhal sonra biz Azərbaycan tərəfindən matçın tarixinin dəqiqləşdirilməsini xahiş etdik. Onlardan xəbər gələn kimi, biz də “Bursaspor”a cavab verəcəyik. Əgər bu dönəmdə olmasa, milli komandaların oyunu zamanı xeyriyyə görüşünü keçirə bilərik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail