"Beşiktaş" Bakıya gəlir

13.12.2016 | 5166 dəfə oxunub

Türkiyə çempionu “Beşiktaş” Azərbaycana gələcək. Stadium.Az xəbər verir ki, bu barədə klubun prezidenti Fikrət Orman məlumat verib.

İstanbulda baş verən terrorla əlaqədar “Bursaspor”un rəhbəri Ali Ay televiziya verilişlərinin birinə zəng edərək, “Beşiktaş” klubuna maraqlı təklif irəli sürüb. O, iki komanda arasında xeyriyyə matçının keçirilməsini və oyundan gələcək gəlirin şəhid ailələrinə verilməsini təklif edib: “Rəqabət meydanda olur, kənarda isə qardaşlıq hökm sürməlidi. Hamımız bu Vətənin övladıyıq. Fikrət Ormanla görüşümdə də öz fikrimi dedim. Hansı meydanda keçirilməsindən asılı olmayaraq, xeyriyyə görüşünün vacibliyinə qərar verdik. Həmkarım klubun İdarə Heyəti ilə görüşdükdən sonra cavabını verəcək”.

Orman da təklifə cavabını artıq bildirib. “Beşiktaş” rəhbəri matçın “Bursaspor”un meydanında baş tutmasını istədiklərini qeyd edib. Bundan əlavə, o, Azərbaycana səfər edəcəklərini açıqlayaraq, qarşılaşmanın tarixinin hər iki klubun proqramına uyğun şəkildə təyin olunmasının tərəfdarıdı:

“Rəqibimizi iki dəfə qəbul etmişik. Budəfəki qarşılaşmanın “Timsah Arena”da keçirilməsini istərdik. Təbii ki, əvvəldən hazırlanmış proqramlar var. “Beşiktaş”ın Azərbaycanda da özəl oyunu olacaq. Hələ həmin görüşün tarixi müəyyənləşdirilməyib. Yanvarın 10-12-si aralığında Antalyada olacağıq. “Bursaspor”un prezidenti mənə müraciət etdikdən dərhal sonra biz Azərbaycan tərəfindən matçın tarixinin dəqiqləşdirilməsini xahiş etdik. Onlardan xəbər gələn kimi, biz də “Bursaspor”a cavab verəcəyik. Əgər bu dönəmdə olmasa, milli komandaların oyunu zamanı xeyriyyə görüşünü keçirə bilərik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail