Ən çox "MKT Araz" cərimələndi

15.11.2011 | 8197 dəfə oxunub

İntizam Komitəsinin bu gün keçirilən iclasında I Divizonun son turunda baş verənlər müzakirə olunub. Stadium.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilmişdir:

Azərbaycan I divizionunun X turunun “Şəmkir” – “Göyəzən” matçında “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Azərbaycan I divizionunun X turunun “Tərəqqi” – “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Azərbaycan I divizionunun X turunun “Şuşa” – “MKT Araz” matçında “MKT Araz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40). Oyunun 55-ci dəqiqəsində “MKT Araz” klubunun 5 №-li futbolçusu Samir Babayev aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 38.4).

Azərbaycan I divizionunun X turunun “Şahdağ” – “Neftçala” matçının 35-ci dəqiqəsində “Şahdağ” klubunun 20 №-li futbolçusu Sərxan Ağayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48). Oyunun 67-ci dəqiqəsində “Neftçala” klubunun 22 №-li futbolçusu Rusif  Baxşıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Azərbaycan I divizionunun X turunun “Muğan” – “Energetik” matçının 85-ci dəqiqəsində “Energetik” klubunun 12 №-li futbolçusu Samir Mütəllimov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Azərbaycan I divizionunun X turunun “Lokomotiv” – “Bakılı” matçında “Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40). Matçın 45-ci dəqiqəsində “Lokomotiv” klubunun cəzalı olan baş məşqçisi İbrahim Uzunca meydançaya kənar əşya atdığı üçün məşqçi 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur. Oyunun 55-ci dəqiqəsində “Lokomotiv” klubunun 14 №-li futbolçusu Elhad Əhmədov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail