"Neftçi" "Zirə"ylə oyunda bu futbolçularından məhrumdur

12.12.2016 | 3705 dəfə oxunub

“Neftçi”nin “Tibbi-Bərpa Mərkəzi”nin zədəli futbolçularla bağlı məlumat yayıb.

Stadium.Az xəbər verir ki, Cavid İmamverdiyev sağ ayaq baldırından müalicəsini davam etdirir. Yarımmüdafiəçi dekabrın 11-də fərdi məşqlərə başlasa da, onun Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Zirə” klubu ilə ilk oyununu buraxacağı gözlənilir. İmamverdiyev Azərbaycan Premyer Liqasının AZAL-la oyununa qədər hazır olacaq.

Topuğundakı zədəsini müalicə etdirən yarımmüdafiəçi Mahir Şükürov da “Zirə” ilə ilk oyunu buraxacaq. O, AZAL-la oyuna qədər hazır olmalıdır.

“Zirə” ilə oyunu buraxacaq futbolçuların siyahısında Araz Abdullayevin də adı var. Komandanın kapitanı sağ ayaq baldırından müalicə olunur. O, AZAL-la oyuna hazırlığı davam etdirəcək.

Sol ayaq baldırındakı zədədən müalicə olunmuş futbolçu Jonas Pessalli “Zirə” ilə oyuna hazırlaşır.

Məqsəd İsayev sol ayaq baldırındakı zədədən müalicə olunur. Onun “Zirə” ilə oyunda iştirak edib-etməyəcəyi sual altındadır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail