Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı - YENİLƏNİB

12.12.2016 | 8704 dəfə oxunub

Bu gün İsveçrənin Nyon şəhərində Avropanın nüfuzlu klub turniri olan Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Stadium.Az xəbər verir ki, püşk turnirin "play-off" mərhələsinin 16 iştirakçısını bir-birinə rəqib edəcək.

1/8 final iştirakçıları qrup mərhələsinin nəticələrinə görə, iki səbətə bölünüblər. Səkkiz qrupun qalibi ("səpələnmiş komandalar") ikinci yeri tutan komandalarla qarşılaşacaq. Lakin eyni qrupda yer alan və ya eyni ölkəni təmsil edən komandalar bir-biri ilə düşə bilməyəcək.

Səkkiz "səpələnmiş" komanda siyahısına İngiltərənin "Arsenal" və "Leicester", İtaliyanın "Napoli" və "Juventus", İspaniyanın "Barcelona" və "Atletico", Fransanı təmsil edən "Monaco", Almaniyanın "Borussia Dortmund" klubu daxildir. Onlar PSG (Fransa), "Benfica" və "Porto" (Hər ikisi Portuqaliya), "Manchester City" (İngiltərə), "Bayern Munich" və "Bayer" (Hər ikisi Almaniya), həmçinin "Real" və "Sevilla" (Hər ikisi İspaniya) ilə qarşılaşa bilərlər.

UEFA-nın mənzil qərargahında keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə 15:00-da başlayacaq. Ardınca 16:00-da Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılacaq.

Çempionlar Liqası

1/8 final
 
Qrup qalibləri

“Arsenal” (İngiltərə)
“Atletiko” (Madrid, İspaniya)
“Barselona” (İspaniya)
“Borussiya” (Dortmund, Almaniya)
“Lester” (İngiltərə)
“Yuventus” (İtaliya)
“Monako” (Fransa)
“Napoli” (İtaliya)
 
Qrup ikinciləri

“Benfika” (Portuqaliya)
“Bavariya” (Almaniya)
“Bayer” (Leverkuzen, Almaniya)
“Mançester Siti” (İngiltərə)
PSJ (Fransa)
“Portu” (Portuqaliya)
“Real” (Madrid, İspaniya)
“Sevilya” (İspaniya)



Çempionlar Liqası

1/8 final

“Mançester Siti” (İngiltərə) - “Monako” (Fransa)

“Real” (İspaniya) - “Napoli” (İtaliya)

“Benfika” (Portuqaliya) - “Borussiya” (Dortmund, Almaniya)

“Bavariya” (Almaniya) - “Arsenal” (İngiltərə)

“Porto” (Portuqaliya) - “Yuventus” (İtaliya)

“Bayer” (Almaniya) - “Atletiko” (İspaniya)

PSJ (Fransa) - “Barselona” (İspaniya)

“Lester” (İngiltərə) - “Sevilya” (İspaniya) 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail