Eks "Qəbələ"li hücumçu İran derbisində Azərbaycan klubuna qələbə qazandırdı

10.12.2016 | 3863 dəfə oxunub

İran çempionatında 13-cü tura start verilib. Stadium.Az xəbər verir ki, Təbrizin hər üç klubu bu gün növbəti oyununu keçirib.

“Traktor Sazi” səfərdə "Esteqlal"la qarşılaşıb və 2:1 hesablı qələbə qazanaraq liderliyə yüksəlib.

Təbrizin digər təmsilçisi “Maşın Sazi” doğma meydanda "Zob Ahan"a 1:2 hesabı ilə uduzub. Komanda 6 xalla son pillədə qərarlaşıb.

“Qostareş” isə səfərdə "Naft Tehran"la bərabərə qalıb - 1:1. Təbriz klubu 12-ci pillədə yer alıb.

İran derbisi sayılan "Esteqlal"la oyunda "Traktor Sazi"nin hər iki qolunun müəllifi 2008-09-cu illərdə "Qəbələ"də çıxış edən əslən Cənubi azərbaycanlı olan Fərzad Hatəmi olub. 30 yaşlı hücumçu hesabda geri düşdükləri oyunda  iki qol vurarak komandasına prinsipial oyunda vacib qələbə qazandırıb.





Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail