Sorğu zamanı azarkeşlərin 62 faizinin səsini qazanan Nurlan Məmmədzadə jurnalistlərin seçimi zamanı da rəqiblərini üstələyib. O azarkeşlərin seçimi zamanı Emin Mustafayevi (“Qaradağ Lökbatan”), jurnalistlərin seçimi zamanı isə Ruslan Tağızadəni (“Zaqatala”) qabaqlayıb.
Jurnalistlər və azarkeşlərin seçimi eyni olduğuna görə, qaydalara əsasən Peşəkar Futbol Liqası səsvermə hüququndan istifadə etməyib.
Peşəkar Futbol Liqası artıq 3-cü dəfədi ki, I Divizionda ayın ən yaxşı qolu layihəsini həyata keçirir.