Stiven Cerard: "Hakim "Beşiktaş"a qarşı haqsızlıq etdi"

07.12.2016 | 4989 dəfə oxunub

Ötən gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin son oyununda səfərdə Kiyev "Dinamo"suna 6 cavabsız qolla məğlub olan "Beşiktaş" hakim haqsızlığı ilə üzləşmişdi. Stadium.Az xəbər verir ki, oyunun 30-cu dəqiqəsində qarşılaşmanın şotlandiyalı baş hakimi İstanbul klubunun qapısına haqsız yerə penalti təyin edərək qəti qayda pozuntusu etməyən müdafiəçi Andres Bekə qırmızı vərəqə göstərmişdi.

Hakimin bu haqsız qərarına İngiltərə millisinin eks kapitanı, hazırda TV-də şərhçilik edən Stiven Cerard da münasibət bildirib: 

"Təbii ki, hakim "Beşiktaş"a qarşı haqsız davrandı. Haqsız penalti və qırmızı vərəqə olmasa oyunun nəticəsin də bilmək olmazdı. "Dinamo" kimi bir komandayla Kiyevdə oyunda 1:0 hesabıyla geri olduğun zaman qapına olmayan penalti təyin edirlərsə və bir futbolçunu da meydandan qovurlarsa bu, böyük bir sual işarəsidir".

Bu oyunu dəyərləndirən şotlandiyalı KİV nümayəndələri də həmyerilərinin idarəçiliyini biabırçılıq adlandırıb.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail