Qurban Qurbanov: "...Rəşad oynamayacaq" - MÜSAHİBƏ

03.12.2016 | 3611 dəfə oxunub

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində bu gün “Səbail” üzərində böyükhesablı (5:0) qələbədən sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bilirdik ki, bu, bir oyundan ibarətdi. Futbolçular normal oynadılar. Düzdü, ikinci hissədə rəqib o qədər mübarizə apara bilmədi. Amma ilk dəqiqələrdə bizim üçün çox çətin oldu.

- Matçın Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmək ehtimalı var idi. Fikrinizi dəyişməyə nə vadar etdi?

- Belə bir fikir oldu. Amma bir az yağış mane oldu. Stadiona qulluq edənlər də meydançanın yaxşı olmayacağını dedilər. Şans 50-50-yə idi. Orda oynamağı çox istəyirdik. Amma meydançanın durumuna görə buranı seçdik.

- “Fiorentina” ilə oyun yaxınlaşdıqca təzyiq artıırmı?

- Futbolçular çalışırlar fikirlərini bu görüşə yönəltsinlər. Amma mənim fikrim o oyunda qalırdı. Çalışırdım bunu hiss etdirməyim. Əsas futbolçuların formada qalmasıdı. “Fiorentina” ilə qarşılaşmaya tam fərqli hazırlaşacağıq.

- Yenidən kubokda “Sumqayıt”a rəqib oldunuz. Rəqib barədə nə deyə bilərsiniz?

- “Sumqayıt”a qarşı oyunlarımız ağır olub. Onlara qarşı oynamaq bizə həmişə çətin olub. İstəkli, aqressiv olurlar. “Sumqayıt”a kimi hələ vaxtımız olacaq.

- Rəşad Sadıqovun durumu nə yerdədi?

- Rəşad hələ fərdi məşq edir. Hələ 4-5 günümüz var. Həkimlərin rəyindən çox şey asılı olacaq. Əgər həkimlər 100 faiz əmin olmasalar, Rəşad oynamayacaq.

- Rəşadsız oynadığınız zaman komandada psixoloji gərginlik yaranmır?

- Belə deməzdim. Kapitan meydanda olmayanda bəzən futbolçularda özünəinam daha çox olur. Hansısa futbolçunun oynamaması məşqçiyə problem yaradır. Xüsusən də, əsas heyət üzvünün.

- Maksim Medvedev və Migel Madera da “Fiorentina” ilə görüşü buraxacaq. Sonuncu dəfə nə vaxt belə çətin durumda olmusunuz...

- “Zalsburq”la görüşü xatırlayıram. Reynaldo, Admir Teli qırmızı vərəqə aldı. Rəşad zədəli idi. Həmin vaxt məğlub olmuşduq. “İnter”lə görüşdə də belə halla üzləşmişdik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail