“İmarət” fanklubundan AFFA və PFL-ə vətənpərvərlik dərsi

14.11.2011 | 6151 dəfə oxunub

“İmarət” fan klubunun üzvləri AFFA və PFL-ə  müraciət ediblər. Stadium.az xəbər verir ki, müraciətdə Azərbaycan ordusunun şəhid verdiyi həftələrdə ölkə çempionatının oyunlarından əvvəl həmin şəhidlərin ruhunun bir dəqiqəlik sükutla anılması təklif irəli sürülüb.

“Hesab edirik ki, Qan yaddaşımıza yazılan həmin yurddaşlarımızı yaddan çıxartmamalıyıq. Oyunlar zamanı bu aksiyanın həyata keçiirlməsini tələb etməklə bizim məqsədimiz həm də yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına yardım etməkdi. Bir həqiqət var ki, vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Şübhəsiz, idman cəmiyyətin sosial-iqtisadi həyatında çox mühüm rol oynayır. Futbol isə bir oyun olaraq dünyada bir nömrəli idman növü sayılır. Hər gün milyonlarla insan stadionlarda və televiziya qarşısında futbol görüşlərini izləyir. Bu izləyənlər içində minlərlə gənc var. Onların sevimli oyunları zamanı “Bir dəqiqəlik sükut” aksiyasının  həyata keçirilməsini istəməyimizin səbəbi sabah onları Azərbaycan uğrunda əlinə silah alıb döyüşən əsgər görmək niyyətimizidir. Bu gün ölkəmizdə müharibə getdiyi bir vaxtda vətənin azadlığı üçün canından keçən şəhidlərimizin anılmasına çox böyük ehtiyacımız var. Bundan irəli gələrək xahiş edirik ki, Azərbaycan ordusu şəhid verdiyi həftələrdəki  çempionat oyunları zamanı şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilsin”  – deyə müraciətdə bildirilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail