Azad Rəhimov: "Vitali Rəhimovun pul mükafatı geri qaytarılmayacaq"

22.11.2016 | 5714 dəfə oxunub

"Vitali Rəhimovla bağlı məsələnin arxasında nələrin olduğunu araşdırmalısınız. Mən bu məsələyə sadəcə fikir bildirə bilərəm".
Bunu gənclər və idman naziri Azad Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında iştirak edən idmançıların təkrar dopinq testi nəticəsində qadağan olunmuş preparatdan istifadə etdiyi bildirilən yunan-Roma güləşçisi Vitali Rəhimovun gümüş medalının qaytarılması ilə bağlı danışarkən deyib.
A.Rəhimov idmançının apellyasiya şikayəti verə biləcəyini istisna etməyib: "Hər bir idmançının buna hüququ var. Biz də onun tərəfdarıyıq. B probunun açılması nəticəsində qanından istifadəsi qadağan olunmuş maddə tapılıb. Bu da çox ağırdır. Vitali isə bu dərmanı qəbul etmədiyini, buna məcbur olunmadığını da deyib. Bizim güləşdə bu dərmanı qəbul etməyə ehtiyac da yoxdur. Çünki heç bir effekt vermir. Həmin məhsulun idmançının qanına necə düşdüyü ilə biz də maraqlanırıq. Hər bir idmançıya inanırıq. Digər tərəfdən isə prob B açılıb. Həmişə olduğu kimi, Dünya Anti Dopinq Agentliyinə suallar daha çoxdur. Bu suallar da qalmaqdadır".
O, idmançının olimpiya medalını qaytarmaqda vasitəçi ola bilməyəcəyini də deyib: "Sadəcə, bizdən medal tələb olunsa, biz də idmançıdan tələb edəcəyik. Biz Beynəlxalq Olimpiya Komitəsinin tabeliyindəyik. Ali qurum medalı qaytarmağı tələb edərsə, bunu etməliyik. Bu məsələdə heç bir mübahisə ola bilməz".
A.Rəhimov güləşçinin olimpiya medalı qarşılığında dövlət və MOK-dan aldığı pul mükafatının geri alınmayacağını da əlavə edib: "Çünki mən Vitalinin bu medalı böyük zəhməti hesabına qazandığına inanıram. Onun "Pekin-2008"dəki çıxışı indiyədək də gözümüzün qabağındadır. O, medala layiqdir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail