Qara Qarayev: "Danışılası bir şey yoxdu"

12.11.2016 | 3785 dəfə oxunub

“Şimali İrlandiya bu gün ən güclü cəhətlərindən yararlandı. Standart vəziyyətlərdən üç qol vurdular. Bu da gözlənilən idi. Çünki rəqib bütün oyun taktikasını bunun üzərində qurmuşdu”. 

Stadium.Az xəbər verir ki, bunu sözləri millimizin üzvü Qara Qarayev DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiyaya 0:4 hesabı ilə uduzduğumuz oyundan sonra deyib. 

O, növbəti oyunlara hazırlaşmalı olduqlarını bildirib: “Çoxlarının bizdən yaxşı nəticə gözlədiyini bilirdik. Amma məğlub olduq. Artıq danışılası bir şey yoxdu. Növbəti oyunlara hazırlaşmalıyıq. Hava şəraitini qabartmazdım. Sadəcə, Şimali İrlandiya Çexiya ilə müqayisədə standart vəziyyətlərdən daha yaxşı yararlandı. Gördüyünüz kimi, autdan bütün topları cərimə meydançasına atırdılar. 

İnşallah, məğlubiyyət komandada ruh düşkünlüyü yaratmaz. Bu gün komandanı dəstəkləyənlər, bizə inananlar daha çoxdu. Nə qədər istəməsək də, bəzən belə məğlubiyyətlər olur. Şimali İrlandiya yığması heç də zəif komanda deyil. Avropa çempionatının final mərhələsində çıxış ediblər. Şimali İrlandiya ilə oyuna qədər olan həvəs və istək ilə davam etməliyik. Çünki bizi qarşıda iki çətin oyun gözləyir. Almaniya və Şimali İrlandiya ilə oyunları nəzərdə tuturam. Həmin oyunlarda daha yaxşı nəticə göstərib, qrupda layiqli yer tutmalıyıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail