Luis Suares qəsdən vərəqə aldığını etiraf edib

08.11.2016 | 2861 dəfə oxunub

“Barselona”nın hücumçusu Luis Suares İspaniya La Liqasının XI turunda “Seviliya” ilə səfər matçında sarı vərəqə alaraq, cəzalı duruma düşüb.

Uruqvaylı forvard bunu qəsdən etdiyini boynuna alıb.

Suares görüşdən sonra açıqlamasında artıq ağır qarşılaşmalara daha rahat hazırlaşacağını bildirib: “Belə bir vəziyyətdə sarı vərəqə almağım yaxşı oldu. İndi “Real Sosyedad” və “Real”la çətin qarşılaşmalara daha rahat çıxacam və mübarizə aparmaqdan çəkinməyəcəm”.

AÇ-2006-nın seçmə mərhələsi çərçivəsində Uelslə III tur matçında qəsdən sarı vərəqə alan Devid Bekhem cəzalı duruma düşmüş və İngiltərə yığması ilə Bakıya gəlməkdən canını qurtarmışdı.

Bekhem bu addımı Azərbaycan millisi ilə görüşdə zədələnməkdən ehtiyatlandığı üçün atmışdı. Adalılar həmin vaxt Maykl Ouenin yeganə qolu sayəsində qalib gəlmişdilər.

2012-13 mövsümündə “Real”ın futbolçuları Serxio Ramos və Xabi Alonso da eyni üsuldan yararlanmışdılar. Çempionlar Liqasının 1/4 final mərhələsində “kral klubu”nun “Galatasaray” üzərində 3:0 hesabı ilə qələbə qazandığı ilk oyunun sonlarında adıçəkilən futbolçular qəsdən sarı vərəqə alaraq, cəzalı duruma düşmüşdülər. “Real” Türkiyədə 2:3 hesabı ilə yenilsə də, yarımfinala adlamış və Ramosla Alonso da “Borussia” (Dortmund) ilə qarşılaşmalarda iştirak etmişdilər. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail